Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri ilə görüşüb - Açıqlama (Yenilənib)
03-02-2023 [14:39]
Xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Mia.az xəbər verir ki, nazir C.Bayramov həmkarını qapıda qarşılayıb.
****
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşdə iştirak məqsədilə ölkəmizə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.
Mia.az Azərbaycan XİN-ə istinadla xəbər verir ki, görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafını xüsusilə vurğulayan nazir Ceyhun Bayramov, 17 dekabr 2022-ci ildə imzalanmış, özündə Xəzər və Qara dəniz regionunda bərpa olunan enerji potensialından istifadə edilməsini, o cümlədən enerji təchizatının şaxələndirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in bu sahədə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, hadisələrlə bağlı Ermənistan tərəfinin əsassız iddialarının beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşığını bildirib. Nazir, eyni zamanda bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. Əlaqələrin bu səviyyədə inkişafında iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının, xüsusilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb. O, eyni zamanda, Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərinə macar şirkətlərinin cəlb olunması perspektivlərinin olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Deputatın qardaşı ilə sakinlərə və məhkəmələrə meydan meydan oxudu: "Çəkilişi dayandırmasanız..." - “Abşeron City” sakinləri aldadır? (VİDEO)
Qaxda güclü daşqın: yük maşını çayda batdı - VİDEO
Şuşada beynəlxalq tədbir keçirilir
Azərbaycan nefti bir dollara yaxın ucuzlaşdı
Xersonda təbii fəlakətin miqyası böyüyür: zoopark suyun altında qalıb, bütün heyvanlar məhv olub - FOTO
Hakan Fidan Tviter-də cəmi 4 hesabı izləyir - FOTO
"Beşiktaş" məşhur xorvatiyalı futbolçuya təklif göndərdi
Atiba Hatçinson aktiv futbolla vidalaşdı - Kanadalı futbolçu vida mərasimində ağladı (FOTO)
Xersonda təbii fəlakət: Azərbaycan və Türkiyənin təşkilatları birgə səfərbər olunub - VİDEOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Diaqne "Karagümrük"lə vidalaşdı - Hücumçu hansı kluba keçəcək?
BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib
Rayonlarda güclü yağış yağır, sel təhlükəsi yaranıb
İcra Hakimiyyəti “İcra başçısının konteyner əməliyyatı” başlıqlı yazıyla bağlı açıqlama yaydı
AVROPADA SEKS ÇEMPİONATI: açıq yarışa 20 ölkədən seksual modellər qatılacaq - FOTOLAR
Ermənilərin təxribatı səngimir - Şuşa, Xocavənd və Ağdamda uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərilib
Hikmət Hacıyev İsrail rəsmiləri ilə görüşüb - FOTO
İlham Əliyev deputatla bağlı sərəncam verdi
Bu şəxslər təltif olundu - SİYAHI/SƏRƏNCAM
Kürd deputatlar kimi spiker görmək istəyir?
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib - FOTOLAR
Baş prokuror iki vəzifəli şəxsi təqaüdə göndərdi
Kamal Kılıçdaroğlu TBMM sədrliyinə onun namizədliyini irəli sürdü
Türk aktrisa "İnstagram"ı "çalxalayır"
MN: "200 hektaradək ərazi minalardan tam təmizlənib"
Ən yüksək bal yığan kimlər olub? - DİM açıqladı
"Qəbələ" Urfan Abbasov, İlkin Qırtımov, Murad Musayev və Emin Səfərovla yeni müqavilə imzalayıb
Avropa İnsan Haqları Məhkəməsi HDP-nin həbsdə olan keçmiş həmsədrləri barədə qərar verib
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Hakan Fidan "Tviter"də yeni səhifə açdı və "Xarici siyasət baxışımızı daha da inkişaf etdirəcəyik" mesajı verdi
Hakan Çalhanoğlu ilə 4 illik müqavilə imzalandı
Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub
"İmişli” qum-çınqıl yatağını qanunsuz istismar edən biznesmenlərə cinayət işi açıldı
Fatih Terimə qarşı təxribat olub - FOTO
Vilayət Eyvazov bu polis rəisləri barədə əmr verdi - SİYAHI
Azərbaycanda ilk böyük oyun sərgisi “GameSummit” keçiriləcək
Əli Əsədov yeni qərar imzaladı
Dövlət İmtahan Mərkəzi imtahanların vaxtını dəyişdi
Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək
Sürücülərin diqqətinə: bu qanunu pozanlar 150 manat cərimə ediləcək
Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin yeni mərkəzi binasının açılışında - FOTOLAR
Bu qanunu pozanlar cərimələnəcək - DETALLAR