Kamal Kılıçdaroğlu: "Namizədliyim üçün hamı razılıq verməlidir" 

img

03-02-2023 [13:57]


CHP sədri Kamal Kılıçdaroğlu Saadat Partiyasının lideri Temel Karamollaoğlunun "ən şanslı namizəd Kamal bəydir. O, "6-lı Masa"nın vahid namizədi olarsa, 99 faiz qazanacaq" bəyanatından söz açıb.

Mia.az xəbər verir ki, həm bu, həm də "6-lı Masa"nın fevralın 13-də keçiriləcək növbəti toplantısı barədə FOX TV-yə açıqlama verən CHP lideri vahid namizədliyi üçün mütləq hamının razılığının olmasının vacibliyini önə çəkib: "Əlbəttə, bunun üçün "6-ılə Masa"da konsensus olmalıdır. Namizədin gəlməsi və oradan çıxması deyə bir şey yoxdur. Uzun müddətdir ki, diqqət mərkəzində olduğum konsensus var. Deyək ki, mənim adımla bağlı razılaşma var, təbii ki, bu missiyanı şərəflə yerinə yetirməyə hazıram".

CHP lideri az əvvəl DEVA partiyasının sədri Əli Babacanın PUA istehal edən "Bayraktar"la bağlı neqativ sözlərinə də toxunub: "Niyə bu investisiyalar qoyulan bir sahəni məhv edim ki?".

Lamiyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq