ABŞ-da Nümayəndələr Palatasının "səsim daha gur çıxacaq" deyən yeganə müsəlman üzvü komitədən qovuldu - "Demokrat"larla "Respublikaçı"lar İsrailə görə toqquşdu

img

03-02-2023 [11:01]


2021-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənqid edərkən ABŞ və israili Həmas,  Əfqanıstan və Taliban kimi ağlasığmaz vəhşiliklər törətməkdə ititham edən və buna görə dünyanın gündəminə gələn ABŞ Nümayəndələr Palasaının yeganə müsəlman üzvü İlham Ömərə qarşı ötən gün sərt qərar qəbul olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Respublikaçılar Partiyasının rəhbərlik etdiyi Nümayəndələr Palatasında Minnesotanı təmsil edən Somali əsilli İlhan Ömər İsraili Fələstinə görə kəskin tənqid atəşinə tutduğu üçün üzvü olduğu komitədən xaric edilib. 

Demokrat Partiyasından olan Ömər İsraili tənqid etdiyinə görə bu məsələ Nümayəndələər Palatasında səsverməyə  çıxarılıb. Səsvermədə qərarın 218 lehinə səs verməklə, o,  Xarici Əlaqələr Komitəsindən uzaqlaşdırılıb.

Beləliklə, "Respublikaçı"lar Ömərin İsraillə bağlı keçmiş bəyanatlarının antisemit olduğunu iddia edərək, komitədə işləməməli olduğunu müdafiə ediblər. "Demokrat"lar isə qərarı kəskin tənqid edərək, bunu Öməri susdurmaq üçün təzyiq sayb. 

Ömərin özü isə səsvermədən əvvəl etdiyi çıxışında "Bir müddət bu komitədə olmasam, liderliyim və səsim azalmayacaq. Səsim daha yüksək və daha güclü olacaq. Səs verin, ya da verməyin. Mən buradayam və buradayam. Dünyanın şərlərinə qarşı səs olmaq və daha yaxşı bir dünyanı müdafiə etmək üçün burdayam", - deyib.

Ömər Afrikadan gələn müsəlman mühacir kimliyinə görə hədəf alındığını deyib. O əlavə edib ki, vətəndaş müharibəsindən sağ çıxan və qaçqın kimi təcrübəsi ona ABŞ-ın xarici siyasətinə dəyərli və unikal perspektiv verib.

Nümayəndələr Palatasındakı iki yəhudi respublikaçıdan biri olan Maks Miller isə verdiyi açıqlamada Ömərin İsrail və yəhudi xalqına qarşı qərəzi  olduğunu və buna görə heç vaxt Xarici Əlaqələr Komitəsində obyektiv qərar verə bilməyəcəyini deyib. 

Yeri gəlmişkən, Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti keçən il söz vermişdi ki, əgər respublikaçılar qanunverici orqanda səs çoxluğu qazanarsa, Erik Svalvel, Adam Şiff və Ömərdən komitə təyinatlarını əlindən alacaq.

F.ƏHMƏD,

Mia.az
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR