TÜRKİYƏ MAFİYASININ LİDERİNDƏN "6-lı MASA"ya AÇIQ MESAJ: "... Dosyeləri açmağa hazıram" - "Cumhur ittifaqı"na sürpriz hazırlanır?
03-02-2023 [09:29]
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "siyasi mühacir" kimi yaşayan Türkiyə mafiyasının lideri Sedat Peker seçkiqabağı Ərdoğan iqtidarına, onun lideri olduğu "Cumhur ittifaqı"na qarşı sensasiyalı açıqlamalara hazırlaşır.
Mia.az xəbər verir ki, zaman-zaman Türkiyənin siyasi eliatasının nüfuzlu şəxsləri barədə sensasiyalı məlumatlar açıqlayan mafiya lideri hətta bir çox keçmiş və hazırkı məmurların, deputatların, onlaırn övladlarının hansının cinayətlər törətmələrini, həmçinin çirkli pulların yuyulması, narkotika biznesi və sair qanunsuz işlərdə əlinin olması barədə ölkəni silkələyən cinayət işinin detallarını sadalayıb.
Bu səbəbdən onun hər çıxışı Türkiyədə "bomba effekti" verib.
Maraqlı budur ki, Türkiyədə seçki tarixinin elan olunması ilə Sedat Pekerin adı yenidən gündəmə gəlib. Daha dəqiqi, o, vəkili vasitəsilə ölkənin müxalif liderlərinə ismarıc göndərib.
Sedat Pekerin vəkili Ersan Barkın deyib ki, müxalifət - "6-lı masa" ölkədə əlverişli mühit yaradarsa, o zaman müvəkkili sözünə sadiq qalaraq vədinin üstündə duracaq və Ərdoğan iqtisarının üzvləri barədə əlində olan dosyeləri açacaq: "Yəni, Sedat bəy əlverişli zamanda nəticə verəcək bu dosyeləri topluma açıqlayacaq. O, hələlik Türkiyədəki tərəfdarlarına və ev dustağına çevrilən bəzi şəxslərə görə məcburən susur. Çünki yaxşı bilir ki, dərhal onları, ailələrini incidəcək, yaxud həbs edəcəklər. O səbəbdən müxalifət bu gərgin ortamın yumşalmasına, qeyd edilən şəxslərin təzyiqlərə məruz qalmamalaırna təminat verərsə, gözlənilən sensasiyalı açıqlamalar olacaq. Buna şübhəm yoxdur. Düzdür, Sedat bəy hər an risk edıb,özü də istənilən mövzuda danışa, sirləri aça bilər. Bu da mümkündür".
Pekerin seçicilər üzərində təsirinin yüksək olduğunu iddia edən Barkın bildirib ki, mafiya liderinn açıqlamalarından sonra sorğu şirkətlərinin apardığı təhlillər var: "Onların bəziləri çox açıq, bəziləri isə dolayı etiraf edir ki, Sedat Pekerin açıqlamaları Ərdoğanın lideri olduğu "Cumhur ittifaqı"na nə qədər mənfi yöndə təsir göstərib...".
Mafiya liderinin vəkili Ersan Barkın Ülkü Ocaqlarının başqanı Sinan Ateşin Ankarada küçədə güllələnərək öldürülməsinə də toxunub: "Sedat bəy bu hadisədən çox sarsıldı. Onun Sinan Ateşlə tanış olub-olmadığını bilmirəm, amma birbaşa öz dilindən eşitdim ki, bu qətldən çox sarsılıb, iztirab çəkdiyini dedi".
Samir MUSAYEV,
MİA.AZ
Bakıda 21 yaşlı olan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib