TÜRKİYƏ MAFİYASININ LİDERİNDƏN "6-lı MASA"ya AÇIQ MESAJ: "... Dosyeləri açmağa hazıram" - "Cumhur ittifaqı"na sürpriz hazırlanır?

img

03-02-2023 [09:29]


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "siyasi mühacir" kimi yaşayan Türkiyə mafiyasının lideri Sedat Peker seçkiqabağı Ərdoğan iqtidarına, onun lideri olduğu "Cumhur ittifaqı"na qarşı sensasiyalı açıqlamalara hazırlaşır.

Mia.az xəbər verir ki, zaman-zaman Türkiyənin siyasi eliatasının nüfuzlu şəxsləri barədə sensasiyalı məlumatlar açıqlayan mafiya lideri hətta bir çox keçmiş və hazırkı məmurların, deputatların, onlaırn övladlarının hansının cinayətlər törətmələrini, həmçinin çirkli pulların yuyulması, narkotika biznesi və sair qanunsuz işlərdə əlinin olması barədə ölkəni silkələyən cinayət işinin detallarını sadalayıb.

Bu səbəbdən onun hər çıxışı Türkiyədə "bomba effekti" verib.

Maraqlı budur ki, Türkiyədə seçki tarixinin elan olunması ilə Sedat Pekerin adı yenidən gündəmə gəlib. Daha dəqiqi, o, vəkili vasitəsilə ölkənin müxalif liderlərinə ismarıc göndərib. 

Sedat Pekerin vəkili Ersan Barkın deyib ki, müxalifət - "6-lı masa" ölkədə əlverişli mühit yaradarsa, o zaman müvəkkili sözünə sadiq qalaraq vədinin üstündə duracaq və Ərdoğan iqtisarının üzvləri barədə əlində olan dosyeləri açacaq: "Yəni, Sedat bəy əlverişli zamanda nəticə verəcək bu dosyeləri topluma  açıqlayacaq. O, hələlik Türkiyədəki tərəfdarlarına və ev dustağına çevrilən bəzi şəxslərə görə məcburən susur. Çünki yaxşı bilir ki, dərhal onları, ailələrini incidəcək, yaxud həbs edəcəklər. O səbəbdən müxalifət bu gərgin ortamın yumşalmasına, qeyd edilən şəxslərin təzyiqlərə məruz qalmamalaırna təminat verərsə, gözlənilən sensasiyalı açıqlamalar olacaq. Buna şübhəm yoxdur. Düzdür, Sedat bəy hər an risk edıb,özü də istənilən mövzuda danışa, sirləri aça bilər. Bu da mümkündür".

Pekerin seçicilər üzərində təsirinin yüksək olduğunu iddia edən Barkın bildirib ki, mafiya liderinn açıqlamalarından sonra sorğu şirkətlərinin apardığı təhlillər var: "Onların bəziləri çox açıq, bəziləri isə dolayı etiraf edir ki, Sedat Pekerin açıqlamaları Ərdoğanın lideri olduğu "Cumhur ittifaqı"na nə qədər mənfi yöndə təsir göstərib...".

Mafiya liderinin vəkili Ersan Barkın Ülkü Ocaqlarının başqanı Sinan Ateşin Ankarada küçədə güllələnərək öldürülməsinə də toxunub: "Sedat bəy bu hadisədən çox sarsıldı. Onun Sinan Ateşlə tanış olub-olmadığını bilmirəm, amma birbaşa öz dilindən eşitdim ki, bu qətldən çox sarsılıb, iztirab çəkdiyini dedi".

Samir MUSAYEV,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR