Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

03-02-2023 [00:02]


Qoç - işgüzar mənafelərin şəxsi maraqlarla kəsişdiyi gündür. Ətrafınızdakı insanlar belə situasiyada, bəlkə də, çaşıb qalarlar. Amma siz bunu etməyin, qətiyyət və uğurla irəliləməyə çalışın. Bu gün təməli qoyulacaq tanışlıq çoxsaylı müsbət emosiyalar yaradacaq. Təmaslar peşəkar fəaliyyət baxımından da sərfəlidir.

Anlaşma, sövdələşmə, danışıqlar üçün yaxşı gündür.

Ekstravaqant addımlar ataraq problemin həllinə orijinal yanaşa bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Sizə rəğbət bəsləyənlərlə yanaşı, bədxah və düşmənlərin də sayı artır. Belə insanlardan uzaq durun. Onlar sizə zərbə vura bilər.

Buğa - işlərinizdə hətta sizin üçün gözlənilməz irəliləyişlər ola bilər. Bacarıq və istedadınızın olmadığını düşünməyin. Problemləri olduğundan artıq dəyərləndirməyin. Günün hadisələri göstərir ki, çox iş görə bilərsiniz. Peşəkar fəaliyyətinizlə bağlı insanlarda özünüzə rəğbət yaradın.

Tanışlıqlar asanlıqla baş tutur. Gözlənilməz hədiyyə istisna deyil.

Əkizlər - xəyallar və illüziyalar aləminə qapılmayın. Daha çox işlərin real durumu barədə düşünün. Təbii, arzular və xəyallar aləmində pərvaz etmək asandır. Amma inanın ki, praktiki məsələlərin həlli daha maraqlı ola bilər.

Xoşagəlməz xəbər ala bilərsiniz. Buna görə də planlarda dəyişikliklər etməli olacaqsınız.

Səfər və ya səyahətə yollanmaq məsləhət deyil. Sevdiyiniz insanla kəskin mübahisə riski var. Sərt tənqid və aqressiv iradlardan çəkinin.

Xərçəng - birmənalı olmayan gündür. Təlaş və narahatlıq üçün ciddi səbəblər yoxdur. Lakin buna rəğmən özünüzü bədgüman, təşvişdə hiss edirsiniz. Kiçik məsələlərə görə təbdən çıxmayın, ətrafınızdakı insanları sinirləndirməyin.

Belə vəziyyətdə işləməklə yanaşı, yaxınlarınızla ünsiyyətdən həzz almaq da çətindir.

Gününüzü elə planlaşdırın ki, axşam saatlarında bir qədər tək qala biləsiniz.

Müstəqil fəaliyyət üçün pis gün deyil. Alış-verişə çıxa bilərsiniz. Maliyyə məsələlərini yaxşı düşünün. Maliyyə vəsaitini tam xərcləməyin.

Şir - işlərdə uğur olacaq. Sizə dəstək verəcək insanlara arxalana bilərsiniz. Bədxahlarınızın məkrli əməllərini faş edin, intriqaların üstünü açın. Müttəfiqlərinizə kömək etməyə hazır olun. Bu gün onların dəstəyinizə ehtiyacı var.

Səfər və səyahət üçün əlverişli zamandır. Ətrafınızdakı insanlarla dil tapın. Macəra və uğurlu alış-veriş üçün yaxşı gündür.

Qız - işgüzar aktivlik yüksək deyil. Peşəkar fəaliyyət sahəsində uğurlarınız azdır. Bu probemi aradan qaldırmağa çalışın. İşinizi başqa adam görən deyil və bunu ağlınıza da gətirməyin. Hesablarda səhvlər olarsa, işgüzar tərəfdaşlarla münaqişələr yarana bilər.

Gözlədiyiniz ödəniş və ya məbləğ gecikir.

Bütün çətinliklərə rəğmən nikbin olun, yaxınlarınızın da bədbinliyə qapılmasına yol  verməyin. Əks cins mənsubu sizinlə maraqlanacaq. Nikbinlik, həyat eşqi sizi daha maraqlı şəxsə çevirə bilər.

Tərəzi - intellektual fəaliyyət, çətin işlərin həlli üçün yaxşı gündür. Çevik və aktiv olun. Ən müxtəlif insanlarla dil tapın. Sizi yoldan çıxarmağa kimsəyə imkan verməyin. Yaxın ətrafınızdakı insanları yanlış dəyərləndirməyin. Mənasız və əsassız gözləntilərə qapılmayın. Köhnə əlaqələri kəsməyin. Yeni öhdəliklər və vədlərə tələsməyin.

Fəaliyyət azadlığı önəmli məsələdir. Düşünülməmiş addımlar ataraq arxanızdakı "körpü"ləri yandırmayın. Asan olmayan, mühüm qərarlar qəbul edin. Nə isə söyləməkdən əvvəl yaxşıca düşünün.
 

Əqrəb - faydalı işlə məşğul ola biləcəyiniz halda özünüzə problemlər yaratmaqla məşğulsunuz. Həqiqətin gözünə dik baxın. Günün ilk yarısında çətinlik ola bilər. İşdə rəhbərliklə münasibətlərdə ciddi problemlərin yaranmasına səbəbkar olmayın. Emosiyaların təsiri altında şübhəli avantüralara qatılmayın. Çoxdan bəri qurduğunuz planları fələyin badına verməyin.

Əfsuslar olsun ki, şəxsi münasibətlərdə hər şey normal deyil. Korrekt və diplomatik davranın. Hər halda buna səy göstərin. Başqasının işlərinə qatılmayın. Yaxınlarınızın cavab verməyə çətinlik çəkəcəyi suallar verməyin.

Oxatan - gün uğurludur. Müsbət təmayüllərin təsiri güclüdür. Nə isə alınmırsa, ciddi və qətiyyətli şəkildə çalışın. Mühüm işlərin öhdəsindən sürətlə, vaxtında gəlməyə çalışın. Bacarıq və biliklərinizi göstərin. Yaxın ətrafınızdakı insanların bələd olmadıqları xüsusiyyətlərinizi nümayiş etdirin.

Yeni həmfikir və ya dost qazana bilərsiniz.

Yaşamınızda müsbət dəyişikliklər olacaq. Sevdiyiniz insanla münasibətləri inkişaf etdirmək, yeni və maraqlı tanışlığa nail olmaq üçün əlverişli zamandır.

Romantik sürprizlərdən çəkinməyin. Dəyər verdiyiniz insanlara hədiyyəni yanlış seçməyin.

Oğlaq - qarşınıza qoyduğunuz məqsədlərə çatın. Ruhdan düşməyin, nikbin olun. Günün emosional fonu əlverişli olmadığından problemlərin sayı çoxdur. Pərişanlığa qapılmayın, depressiv davranmayın. Ciddi səhvlərə, kiçik, amma ağrılı fəsadlara səbəb ola biləcək yanlışlıqlara yol verməyin.

Yaxınlarınız sizi dəstəkləməyə çalışırlar. Amma hər işdə yardım mümkün deyil. Sevdiyiniz insanla səmimi və açıq olun. Fikirlərinizi, niyyətlərinizi gizlətməyin. Cavab almaq istədiyiniz sualları səsləndirin. Situasiyanı müstəqil şəkildə səsləndirin. Çaşbaş qala bilərsiniz. Situasiyanı müstəqil şəkildə təhlil edin. Yeni problemlər yaratmayın.

Dolça - həmfikirlərlə ünsiyyət, birgə fəaliyyət üçün yaxşı gündür. Sizi dəstəkləyən şəxslər ideyalarınızı reallaşdırmağa hazırdırlar. Sizə yardım təklif edən insanlara güvənin. Məsləhətlər çoxdur, amma öz bildiyiniz kimi davranın.

Hüquqi məsələlərin müzakirəsi və çözülməsi, uzunmüddətli planlaşdırma üçün əlverişli zamandır.

Alış-veriş uğurlu olacaq.

Bədxərclik etməyin, pullarınızın qədrini bilin.

Balıqlar - bu gün ciddi uğura nail ola bilərsiniz. Liderlik məcazlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar sizin arxanızca getməyə hazırdırlar. Nüfuzlu insanlar da dediklərinizə qulaq asır, məsləhətlərinizi qulaqardına vurmurlar.

Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi möhkəmlətmək üçün onların dediklərini dinləyin.

Ailə problemlərinin öhdəsindən gəlin. Yaxınlarınıza təzyiq göstərməyin. Bu, onların xoşuna gəlməyəcək. Çətin situasiyalarda təmkininizi itirməyin.

Milli.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR