"Bunun adı oğurluqdur" - Ərdoğan qəzəbləndi, "siz xəyanətkarsınız" dedi"

img

01-02-2023 [23:56]


"Millət ittifaqı"nın (6-lı Masa) canlı yayımda “Yetər, söz millətindir" başlığı ilə ortaq bəyanat yayması prezident Ərdoğanın kəskin etirazına səbəb olub.

Mia.az xəbər verir ki,  TRT-nin canlı yayımında sualları cavablandıran Ərdoğan "yetər, söz millətindir" sloqanını müxalifətdən əvvəl onun səsləndirdiyini deyib: "Mən, rəhmətlik baş nazir Mendresin elə bu CHP zehniyyətini nəzərdə tutaraq dediyi "Yetər, söz də, qərar da millətindir" sözünü ilk dəfə dilə gəirdim. Millət iradəsinə sahib çıxanlar bu sözdən istifadə edə bilər. Bu gün millət iradəsinə sahib çıxan AK Partiyadır. Bu sloqana çökməyə çalışırlar. Binalara sloqan asmaqla olmaz (CHP bu sloqanla Kamal Kilicdaroğlunun şəkili olan böyük bir afişanı partiya qərargahında asıb - mia.az). Bunlarda ayıb deyilən şey yoxdur, İndi də Mendresin şüarını oğurlayırlar. Öncə milli iradəyə sayğılı olmayı öyrənin. Əvvəla bunlar milli deyil. Milli olmayan bu sözü deyə bilməz. Mənim millətim sənə inanmaz. Siz qeyri-millisiniz".

Ərdoğan daha sonra fikirini belə tamamlayıb: "Bu millətə həmişə xəyanət etdiniz. Menderesi edam etdiniz, bunun sorumlusu sizsiniz. İndi də Qərbdən "afərin" almanın həsrətindədirlər. Biz də CHP zehniyyətinı bu gün "Yetər" deyirik".

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR