LAÇIN YOLUNDAKI AKSİYANIN 51-ci GÜNÜ: "ekoloji terrora yox" aksiyası davam edir, əraziyə əcnəbi jurnalistlər gəlib (Yenilənib)

img

31-01-2023 [19:04]


Qarabağ iqtisadi zonasında - sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin  ekoloji terroruna qarşı Laçın yolunda 51 gündür fasiləsiz aksiya davam edir.

Mia.az xəbər verir ki, bu gün səhər də dövlət himnimiz oxunaraq aksiya açıq elan olunub.

Ekofəallar sülhməramlıların nəzarətində olan ərazilərdə monitorinq aparılmasına zəmin yaratmaqla yanaşı, ərazidəki ekoloji terrora son qoyulmasını tələb edən şüarlar qaldırıblar.

Bu gün saat 10.00-a olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 7 maşın Xankəndidən Ermənistana doğru erməni ailələr daşıyıb.

Sülhməramlılara məxsus 2 avtomobil də eyni istiqamətə sərbəst hərəkət edib.

***

Saat 13.00-a olan məlumata görə, bu gün Laçın yolunun hər iki istiqamətinə sülhməramlılara məxsus daha 46 minik və yük maşını maneəsiz hərəkət edib.

***

Bu gün saat 15.00-a olan məlumata görə, aksiyanı keçirildiyi Laçın yolunun Şuşadan keçən hissəsinə Çexiya televiziyasının əməkdaşları gəlib.

Mia.Az xəbər verir ki, çex jurnalistlər aksiyadan reportaj hazırlayıb, etirazçılara suallar veriblər.

***

Saat 16.00-a olan məlumata görə, bu gün Laçın yolunun hər iki istiqamətinə sülhməramlılara məxsus daha 10 minik və yük maşını maneəsiz hərəkət edib.

Bununla da yoldan gün ərzində rahat istifadə edən sülhməramlılara məxsus avtomobillərin sayı 56-ya çatıb.

***

Saat 19.00-a olan məlumata görə, bu gün sülhməramlılara məxsus daha 8 maşın Laçın yolunda maneəsiz hərəkət edib.

Bununla da yoldan gün ərzində rahat istifadə edən sülhməramlılara məxsus avtomobillərin sayı 64-ə çatıb.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR