Deputat: "İran bu hadisədən nəticə çıxarmalıdır" - "Tehranın Azərbaycana qarşı bu münasibəti onu göstərir ki..."

img

30-01-2023 [14:39]


"Səfirliyimizə əlisilahlı bir şəxsin daxil olması və onun qarşısının alınması, səfirliyin təhlükəsizliyinin qorunması üçün İran polisi tərəfindən heç bir cəhdin göstərilməməsi, bu ölkənin faciəyə barmaqarası baxmasının nəticəsidir".

Mia.az xəbər verir ki, bu sözləri yanvarın 27-də Azərbaycanın İrandaki səfirliyinə olan terrorla bağlı jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, bu, indiyə qədər aparılan anti-Azərbaycan kampaniyasının pik həddi hesab edilə bilər: "Terrorçunun tələsik İran telekanallarına çıxarılması, onun terror törədilməsi unudularaq məişət məsələlərini qələmə verməyə cəhd edilməsi təəssüf doğurur. İran bu hadisədən nəticə çıxarmalıdır, Azərbaycan kimi bir qonşunu itirdiyinin fərqinə varmalıdır. İranın Azərbaycana qarşı bu münasibəti onu göstərir ki, İran öz qonşuları ilə yaxşı münasibətlər qurmaq istəyində deyil. Mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi heç bir normaya sıxmayan məsələdir. Bu, ona qarşı deyil, ümumilikdə Azərbaycana qarşı edilən davranışdır. Mühafizə xidmətinin digər əməkdaşı Vasif Tağıyevin qəhrəmanlığı isə onu göstərdi ki, Azərbaycanlı əsgər harada olmasından asılı olmayaraq, öz Vətəni və bayrağı üçün canını verməyə hazırdır”.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR