"Azəriqaz"ın rayon şöbələrində yoxlama başlayıb - Mirvari Qəhrəmanlı açıqladı, birlik faktı təsdiqlədi, amma nöqsanı "gizlətdi"

img

30-01-2023 [11:08]


"Azəriqaz" İB tərəfindən Lənkəran Regionaı Qaz İstismarı İdarəsində kütləvi yoxlama keçirilib.

Bu barədə Mia.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı açıqlama verib.

O bildirib ki, yoxlamanin neticəsinə əsasən işdən cixarilma ehtimalı da var: "Yoxlama zamanı kağız üzərində kran, boru və FQT (fərdi qaz tənzimləyiciləri) quraşdırılmış kimi aktlaşdirılsa da, faktiki yerində baxış keçirilərkən qeyd olunanlar yerində aşkarlanmayıb".

Komitə sədri qeyd edib ki, paralel olaraq Astara, Lənkəran, Cəlilabad, Yardımlı və Lerikdə də yoxlamalar təşkil olunub: "Hazırda ciddi yoxlamalar aparılır. "Azəriqaz İB-nin Texniki Nəzarət şöbəsi tərəfindən 27.01.2023-cü il tarixində Lənkəran RQİİ-də xidmətlərdən -  Qəza dispetçer xidmətinin rəisləri, habelə Sayagacların qəbulu və istismarı xidmətinin rəisləri çagrılaraq iclas təşkil olunub. İclasda yerində olmayan mal materialların maddi məsul şəxslərin hesabina təkrar vurulması və dəyərinin onlar tərəfindən ödənilməsi müzakirə olunub. Hazırda 6200 manata yaxın mal-materailın Biləsüvar xidmət tərəfindən mənimsəldiyi aşkar olunub, digər xidmətlərdə də yoxlamalar gedir".

"Azəriqaz"dan isə nöqsanlara toxunulmasa da, belə bir açıqlama yayılaraq fakt təsdiqlənib: "Məlumat üçün deyək ki, bir neçə ay əvvəl Birliyin baş direktorunun tapşırığına əsasən xüsusi komissiya yaradılıb: "Komissiyanın yaradılmasında məqsəd bütün regionlar üzrə nəinki mal-materialın, hətta Birlik əməkdaşlarının abonentlərlə davranış vəziyyətini təftiş etmək, bütün sahələr üzrə şəffaflığı təmin etməkdən ibarətdir. Komissiyanın fəaliyyəti Birliyin daxili qaydalarına əsaslanır və daxili işi hesab olunur. Bir daha təkrar edirik ki, yaradılan daxili komissiya bütün regionlarda missiyasını yerinə yetirəcək. Sadəcə bu dəfəki fəaliyyət Lənkəran RQİİ-yə təsadüf edib".

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR