Nəsimi rayonunda səyyar qəbullar keçirilib - FOTOLAR
30-01-2023 [10:50]
Nəsimi rayonunda 2023-cü ilin yanvar ayında səyyar qəbullar keçirilib.
Mia.az xəbər verir ki, yanvar ayında 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində təsdiq olunmuş qrafikə uyğun olaraq RİH başçısı Asif Əsgərov tərəfindən səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər olub. Keçirilən 4 səyyar qəbul və görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət dinlənilib.
Vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olmuşdur. Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.
Qəbullar və görüşlər zamanı 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar çoxşaxəli Tədbirlər Planının həyata keçirilməsi barədə məlumatlar verilmiş, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək minnətdarlıq etmişlər.
Ləman,
MİA.AZ
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub