"6-lı Masa" vahid namizədini nə vaxt elan edəcək? - CHP lideri tarixi açıqladı

img

30-01-2023 [00:35]


CHP lideri Kamal Kılıçdaroğlu mayın 14-də keçiriləcək prezident seçkisində 6 partiyanın birlşdiyi və şərti olaraq "6-lı Masa" adlandırılan partiyaların vahid namizədinin adının elan olunacağı tarixi açıqlayıb.

Mia.az xəbər verir ki, "Halk TV"-də qonaq olan CHP lideri  müxalifətin vahid namizədinin "6-l Masa"nın növbəti toplantısında elan olunacağını deyib: "Bildiyiniz kimi, növbəti toplantımız fevralın 13-də olacaq. Həmin iclasda da namizədimizi açıqlayacağıq, inşallah".

CHP lideri namizəd olarsa seçkini qazanacağını deyib: "Anketlər zatən bunu təsdiq edir".

Xatırladaq ki, müxalif düşərgədə namizədin fevralın 4-ü, 7-i və 13-ü tarixlərində elan ediləcəyi barədə bir neçə partiyadan anonslar verilib.

Samir,

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA