İrana gecə hücumu: PUA mərkəzi niyə vuruldu? - ABŞ və İsrailin "İranı 3 günə işğal planı", yoxsa Blinkenin açıq siqnalı (VİDEO/FOTO)

img

30-01-2023 [09:07]


İranda ötən gecə saatlarında baş verən hadisə dünya gündəminə "bomba" kimi düşüb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə bağlı PUA istehsal mərkəzinə kiçik ölçülü "mikro PUA"larla hücum edlib.

Nazirlk hücumun kim və ya hansı dövlət tərəfindən edildiyini açıqlamasa da, iddia olunub ki, hücumda olan PUA-laradn biri havada vurulub, digəri ikisi isə müdafiə məqsədi ilə tətbiq olunan tədbirlər çərçivəsində partladılıb.

İran  dövlət televiziyası İsfahan valiliyinə istinadla faktı təsdiqləyib, bildirilib ki, itki olmayıb, mərkəzə ciddi zərər dəyiməyib: "Hücum uğursuz olub".

Lakin dünya mediasiında yayılan məlumatlara görə, İranın PUA istehsal edən mərkəzi vurulub və istehsal prosesi tamamilə sıradan çıxarılıb.

Xatırladaq ki, yanvarın 23-də ABŞ və İsrail "İranı 3 günə işğal planı" çərçivəsində geniş miqyaslı təlimə başlayıb. Həmin təlim şərti adı başqa olsa da, başqa bir ölkənin ərazisinə daxil olaraq orada hava müdafiə sistemlərindən yaynaraq hərbi obyektlərri sıradan çıxarmaq vı bir sözlər hədəfə nail olmaq planı sınaqdan çıxarılıb. ABŞ hərbçilərindən biri isə İsrail mediasına açıqlamasında birbaşa İranın adını çəkərək "İran bu təlimdən nəticəni anlayacaq" deyərək, diqqəti "İranı 3 günə işğal planı" ssenarisinin üstünə çəkmişdi. 

Təlimin bitdiyi gün isə İrana baş verən bu PUA hücumu elə bu kontekstdən maraqlı məqam kimi dünya mediasında təhlil olunur.

Bəzi ekspertlər isə iddia edir ki, İran rejimi daxildə yaşanan böyük böhrandan və bir neçə aydır davam edən dağıdıcı etirazlardan diqqəti yayındırmaq üçün belə saxta "yadelli hücum" oyunu qurub...

Ancaq bu hadisənin ABŞ dövlət katibi Entoni BlinkenınYaxın ərq ölkələrnə səfəri gün baş verəməsi hücumun kənardan, daha dəqiqi, ABŞ-İsrail tərəfindən olunduğu qənaəti güclənirir.

Belə ki, səfər zamanı açıqlama verən Blinken İrana qarşı hərbi əməliyyatın siqanlını verib: "İranın nüvə silahına sahib olmasınınqarşısını almaq üçün masada bütün variantlar var. Bunların arasında hərbi əməliyyat planı da mövcuddur. belə bir əməliyyat oistisna deyil..."

Blinken xəbərdarlıq edib ki, İran danışıqlara gəlməli v tələbləri erinə yetirməlidir.

Samir MUSAYEV,

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR