YAP funksioneri: "Bu terrorun tam məsuliyyətini İran dövləti daşıyır"

img

27-01-2023 [16:51]


"Azərbaycanın Tehrandakı səfirliyinə terror aktına görə bütün məsuliyyəti İran dövləti  daşıyır".

Bu sözləri Mia.az-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, bu terror hücumu İranın simasında xeyli suallara yol açıb: "Azərbaycanın da 1992-ci ildə qoşulduğu Vyana Konvensiyasının maddələrinə əsasən, diplomatların yerləşdiyi səfirlik binaları toxunulmazdır. Eyni zamanda, sənədə əsasən, hər bir dövlətin üzərinə ərazisində olan səfirlik  binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Beynəlxalq konvensiyaya uyğun olaraq bu fikri qəti şəkildə qeyd edirik ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran dövləti daşıyır.

Ancaq belə görünür ki, İran məsuliyyətdən boyun qaçırmağa çalışır, terroru  ailə-məişət zəminində insident kimi təqdim etməyə cəhd edir. Bu, açıq-aşkar yalan və dünya ictimaiyyətini çaşdırmaq cəhdidir. Reallıq budur və yayılan video görüntülərdən də aşkar görünür  ki, Azərbaycan səfirliyinə hücum əvvəlcədən hazırlanan terror aktıdır”

Təşkilat sədri bildiirb ki, İranın erməni sevgisi regionda dayanıqlı sülhə, təhlükəsizliyə xidmət etmir: "Bu dövlət son vaxtlar Azərbaycanın əleyhinə iş aparır, təxribat xarakterli addımlar atır, riyakar davranış və düşmənçilik hərəkətləri nümayiş etdirir. İran rejimi istər 30 illik işğal, istər Vətən müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə Ermənistana hər cür dəstək göstərib və bu gün də davam edir. Tehrandakı səfirliyimizə olan dövlət terroru da İranın  Azərbaycana qarşı düşmənçilik siyasətinin bir daha təsdiqidir".

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan İrandadakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşı isə yaralanıb. 

Hadisədən sonra Azərbaycan diploamtları və onların ailə üzvlərini təxliyyə etməyə başlayıb.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR