Rusiya XİN bəyanat yaydı: "Azərbaycan səfirliyinə hücum..."

img

27-01-2023 [13:00]


“Azərbaycana səfriliyi olan hücuma görə dərin hüznlə başsağlığı veririk".

Mia.az xəbər verir ki, bu məlumat Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda daha sonra bu gün səhər saatlarında avtomatla silahlanmış şəxsin səfrliyimizə hücumu qeyd olunub, bildirilib ki, nəticədə bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb: "Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, araşdırma aparılır. Ümid edirik ki, səfirliyə hücuma görə günahkar olan şəxslər məsuliyyətə cəlb ediləcək. Baş verən hadisə 18 aprel 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliklərin yerləşdiyi dövlətin hakimiyyət orqanları tərəfindən təhlükəsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir”.

Xatırladaq ki, bu bəyanatdan əvvəl Zaxarova sosial şəbəkədə bu hadisədən şşoka düşdüklərini açıqlayıb.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR