İLHAM ƏLİYEVDƏN SƏFİRLİYİMİZƏ HÜCUMA KƏSKİN REAKSİYA: "Bu terror hücumu qəbuledilməzdir!" - FOTO

img

27-01-2023 [12:51]


Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücuma sərt reaksiya verib.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib: "Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriram. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!".

F.ƏHMƏD

img

Digər xəbərlər
SON XƏBƏRLƏR