İlham Əliyev şirkət direktorunu qəbul edib - Müzakirə (FOTO)
27-01-2023 [11:57]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edib.
Mia.az xəbər verir ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin böyük maraq doğurduğunu vurğulayan Brüs Flətt Bakıda gördükləri inkişaf proseslərinin dərin təəssürat hissi yaratdığını deyib. Qonaq “Brookfield Asset Management” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndiyini vurğulayıb və bildirib ki, rəhbərlik etdiyi şirkət peşəkar səviyyədə fəaliyyət göstərən ARDNF ilə əlaqələrindən qürur duyur. O həmçinin Azərbaycanın əldə etdiyi uğurların ölkəmizin böyük nailiyyəti olduğunu vurğulayaraq təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə institutlarından biri olan “Brookfield Asset Management” şirkəti ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirərək əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyib. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini vurğulayan dövlət başçısı Fondun aktivlərinin hətta ən çətin dövrlərdə, o cümlədən pandemiya, maliyyə böhranları və neftin qiymətinin düşdüyü bir zamanda da artdığını qeyd edib.
Görüşdə həmçinin Azərbaycanın yaşıl enerji potensialı və ölkəmizin regionda enerji habına çevrilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan və əsas ofisi Kanadada yerləşən “Brookfield Asset Management” 1899-cu ildə təsis olunub və idarə etdiyi vəsaitlərin toplam dəyəri 750 milyard ABŞ dolları təşkil edir.
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır