Səfirliyimizə terror hücumu: şəhid mühafizəçi gəncəliymiş... (FOTO)

img

27-01-2023 [12:04]


Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terrorda həlak olan mühafizəçi əslən Gəncə şəhərindəndir.

Mia.az xəbər verir ki, Tehrandakı səfirliyimizdə şəhid olan Orxan Əsgərov Gəncənin tanınmış uşaq  həkimİ Rizvan həkimin oğludur.

Rizvan həkim Gəncədəki 1 saylı Z.Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinin müdiridir.

Əsgərovlar əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindədir.

Məlumat üçün onu da qeyd edək ki, O.Əsgərov evli olub, 2 övladı var.

Allah rəhmət eləsin!.

Xatırladaq ki, bu terror hücumu dünya mediasının manşetlərindədir.

Samir,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR