İsrail ordusu həyəcan siqnalı ilə ayağa qaldırılıb

img

26-01-2023 [21:00]


İsrail ordusu həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Mia.az xarici ətbuata istinadla xəbər verir ki, bu barədə ordu rəhbərliyi yazılı açıqlama yayıb.

Bildirilib ki, işğaldakı Qərbi Şeriyanın qaçqın düşərgəsinə basqının ardından ciddi kəşfiyyat məlumatları əldə olunub.

Ordu və kəşfiyyat rəhbərlərinin iştirakı ilə keçirilən iclasda qeyd edilən bölgədən İsrail təhlükəsizlik qüvvələrinə qarşı yeni terror hücumu gözlənildiyi müzakirə olunub. Bu səbəbdən hərbi birləşmələrə ayıq-sayıqlığı artırmaq tapşırığı verilib.

Xatırladaq ki, yanvar ayı ərzində İsrail hərbçiləri ilə fələstinlilər Qərbi Şeriya və Şərqi Qüds bölgələrində toqquşublar. Nəticədə 5-i uşaq olmaqla ümumilikdə 29 fələstinli öldürülüb.

Samir,

Mia.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR