AMİP rəsmisi: "Yeni qanun təkcə partiyalara deyil, həm də..." - "Ədliyyə Nazirliyi partiyaların sıradan çıxarılması prosesinə başlayıb"
26-01-2023 [11:25]
"Siyasi partiyalar haqqında" yeni qanunun qüvvəyə minməsi ölkənin siyasi mənzərəsində az da olsa, canlanma yaradıb.
Mia.az xəbər verir ki, yeni qanuna əsasən, partiyalar yeni tələblərə uyğun olaraq, qeydiyyatdan keçməlidirlər. Burada əsas əngəllərdən biri də hər partiyanın ən azı 5 min üzvünün olması və onların hər birinin şəxsiyyətinin təsdiq edən reyestrin formalaşdırılması tələbidir.
Bəzi partiyalar buna qarşı çıxır. İddia edirlər ki, hakimiyyət bununla həmin partiyaların üzvlərini təqib etmək fürsəti qazanacaq.
Bəziləri isə 5 min üzv tələbinin partiyaların əksəriyyəinin qeydiyyata alınmasında əsas maneə görür.
Elə bu günlərdə keçmiş baş nazir Pəmah Heseynin lideri olduğu Azərbaycan Xalq Partiyasının son qurultay protokollarının Ədliyyə Nazirliyi tərəfindən "5 min üzv" tələbinə görə qəbul olunmaması da mövzunun aktuallığını artırırb.
Məsələ ilə bağlı Mia.az-ın əməkdaşı AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovla söhbətləşib.
Əli Orucov Mia.az-a deyib ki, AMİP olaraq "Siyasi partiyalar haqqında" qanun hələ qəbul edilməmişdən əvvəl, yəni, qanunun parlamentdə müzakirəsi zamanı hazırlıqlara başlayıblar: "Çünki dəqiq məlum idi ki, Azərbaycan hakimiyyəti bu qanun qəbul edəcək. İndiyədək qəbul olunan bu tipli qanunların müzakirəsi zamanı ictimaiyyətin və maraqlı tərəflərin fikir və rəyləri bir qayda olaraq nəzərə alınmayıb. "Siyasi partiyalar haqqında" yeni qəbulun qəbul edilməsi hakimiyyəti təkcə partiyalara deyil, hətta sıravi partiya üzvlərinə total nəzarəti həyata keçirməyə tam imkan verir. Eyni zamanda həmin partiyaların fəaliyyətinə " qanuni" müdaxilə etməyə, onu daimi təzyiq altında saxlamağa şərait yaradır".
Əl Orucov deyir ki, bu yeni qanun siyasi institutların və ölkə əhalinin ictimai siyasi proseslərdə, həmçinin hakimiyyətdə təmsilçilikdə iştirakının məhdudlaşdırır: "Qeyd etmək lazımdır yeni qanunun tələbləri ilə partiyaların təkrar qeydiyyata alınması, üzvülük siyahısnın tərtibi heç də asan deyill".
AMİP rəsmisi Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının yeni qanunun tələbləri əsas gətirilərək, sənədlərinin qəbul edilməməsini də qanunsuz akt sayıb: "AXP-yə qarşı ortaya atılan sənəd oyunu bəhanədir, qanunsuz tələbdir. Çünki qanunun geriyə qüvvəsi yoxdur. AXP-nin qurultayı isə bu qanunun qəbulundan əvvəl keçirilib. Hesab edirəm ki, Ədliyyə Nazirliyi indidən partiyaların bu minvalla sıradan çıxarılması prosesinə artıq başlayıb. Digər partiyalara da belə süni maneələrin yaradılacağı artıq şübhə doğurmur. Siyasi partiyaların inzibatı yollara sıradan çıxarılması isə demokratik təsisatların məhvi demək olardı".
F.ƏHMƏD,
MİA.AZ
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var