Azərbaycanda dollarla bağlı nə baş verir? - İqtisadçıdan müəmmalı vəziyyətlə bağlı açıqlama

img

25-01-2023 [12:21]


Mərkəzi Bankın son valyuta hərracında banklar valyuta sifarişi verilməyib, buna görə valyuta satışı da olmayıb. 

Mia.az xəbər verir ki, bundan əvvəlki hərracda isə cəmi 1.5 milyon dollar satılıb.

Məsələni Mia.az-a şərh edən iqtisadçı Samir Əliyev isə deyir ki, bu, ilk haldır: "Diqqət yetirsək, görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Məsələn, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satıldığı halda, növbəti hərraclarda uyğun olaraq 51.2 milyon, 35 milyon, 18.7 milyon, 1.5 milyon satış olub. Nəhayət, sonuncu hərracda tələbat olmayıb".

iqtisadçının sözlərinə görə, ümumilikdə yanvar ayında 6 hərracda 159.1 milyon dollar satılıb: "Bu faktı 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracla müqayisə etdikdə, görərik ki, ötən ilin yanvarında bu göstərici 4 dəfə çox - 642.7 milyon dolllar olub. Ağla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda, fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1.7 AZN olduğu halda, 9 bankın alış məzənnəsi 1.6990 AZN, 5 bankın alış məzənəsi 1.6980 AZN, 4 bankın alış məzənnəsi 1.6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır. 

Məlumat üçün bildirim ki, hərraclarda bankların dollara yüksək tələbı olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1.6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi. Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əslində, əksinə olmalıdır".

Bəs, bunun səbəb nədir?

Bu suala cavab verən Samir Əliyev bildiirr ki, bu, ona  da məlum deyil: "Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğu, yoxsa ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığı? Bəlkə başqa səbəb? Bilmirəm...".

Azər Fikrətoğlu

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR