Nazir "Atelekom"un əcnəbi rəhbərini vəzifədən uzaqlaşdırdı - Yeni direktor kimdir? (FOTO)

img

25-01-2023 [10:26]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.

O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.

1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

Mia.az onu da xəbər verir ki, Klaus Müllerin bu vəzifədən azad ounması barədə ötən ay da xəbər yayılmışdı, ancaq nazirlik həmin vaxti bunu təkzib etmişdi.

Onu da qeydedək ki, Müller vaxtilə "Azərfon"a (Nar mobil şirkəti) rəhbərlik edib. O, həmin vaxtı Bakının ən bahalı "Hilton" hotelində yaşayıb. Onun günlük xərci barədə o dövrlər mətbuatda maraqlı informasiyalar da yayılmışdı.

Fərid,

Mia.az

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR