Departament sözçüsü türk jurnalistin israrlı sualına belə cavab verdi: "Bu hadisə xüsusi bir təxribatdır"

img

24-01-2023 [17:54]


"Bəzi məsələlər qanuni, ancaq sayğısız formada ola bilər. Bir şeylər bəzən son dərəcə uyğunsuz və ya təhrikedici olar. Quran kitiabının yandırılmasındaki kimi. Bərbad hərəkətdir, amma aksiya qanunidir".

Mia.az xəbər verir ki, bu sözəri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi brifinqində türk jurnalistinn İsveçdə Quran kitabının yandırılmasına rəsmi Vaşinqtonun necə münasibət göstərdiyi barədə sualına cavabda deyib.

Jurnalistin təkrar və israrla "ABŞ bu hərəkəti qınayırmı" sualına sözçü bu hadisənin diksindirici olduğunu deyib: "İfadə azadlığı bəzən insanlara sayğısız, iyrənc və ürəkbulanma kimi aksiya, hərəkətetmə haqqı verə bilir. Anladığım qədəriylə bu hadisə xüsusi bir təxribatdır. O təxribatçı qəsdən iki strateji mütəffiqimiz - Türkiyə ilə İsveç arasında  gərginlik yaradıb....".

Samir MUSAYEV

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR