İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

img

23-01-2023 [12:47]


Yanvar ayının 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Mia.az DSX-nin Mətbuat Mərkəzinə istinadla xəbər verir ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana və 250 ədəd “metadon M-40” psixotrop həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR