Kəmaləddin Heydərov mərkəz rəisini təqaüdə göndərdi - 38 yaşlı polkovnik yüksək vəzifəyə gətirildi (ÖZƏL)

img

19-01-2023 [20:55]


Fövqəladə Hallar nazir Kəmaləddin Heydərov daha bir rəisi vəzifədən azad edib.

Mia.az-ın əldə etdiyi məlumata görə, FHN-nin Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov xidmət müddəti ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Bakı Regional Mərkəzinin rəis müavini, 38 yaşlı polkovnik Vüqar Ağayev adıçəkilən mərkəzə rəis təyin olunub.

Onu da qeyd edək, Mehman Axundov Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi, general Vaqif Axundovun qardaşı oğludur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA