Mətbuat Şurası cərimələrin artırılmasını müsbət sayır
19-01-2023 [14:00]
Mətbuat Şurası media fəaliyyəti ilə bağlı cərimələrin artırılmasını müsbət sayır.
Mia.az xəbər verir ki, bu barədə Şura açıqlama yayıb.
Açıqlamada deyilir:
"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində media ilə bağlı məqamlar da əksini tapıb.
Əvvəla, təkzib, cavab və düzəliş verilməsi məsələsi üzərində dayanaq. İXM-ə dəyişiklik layihəsi “Media haqqında” qanunla bununla bağlı müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslərin üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslərin isə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutur.
Əslində, belə bir müddəa əvvəlki “Kütləvi informasiya vasitələri haqqında” qanunda da olub. Dəyişiklik daha çox yeni qanunun icrasının optimallaşdırılmasını nəzərdə tutur. Hesab edirik ki, dəyişiklik, eyni zamanda, real işlək mənzərənin formalaşmasını şərtləndirəcək. Nəzərə alaq ki, buna ciddi ehtiyac var. Məsələni əsaslandırmaq üçün bir neçə məqama diqqət yetirək.
Ümumən, mediamızda təkzib, düzəliş və cavab mədəniyyəti olduqca zəifdir. “Nyu York tayms”, “Vaşinqton post” kimi nüfuzlu nəşrlər hər gün öz səhifələrində çoxsaylı təkziblər yayımlayırlar, cavab hüququnun tanındığı materiallar yerləşdirirlər, ancaq Azərbaycanın media orqanları bir çox hallarda məsələyə dair tövsiyələrdən nəticə çıxarmırlar. Bəzən olur ki, Mətbuat Şurası hansısa media orqanına təkzib verməyi tövsiyə edir. Həmin təkzib narazılıq doğurmuş materialın özündən qat-qat artıq etiraz yaradır. Düşünürük ki, qanunun effektiv icra mexanizmi mövcud sahədəki problemləri aradan qaldıracaq, ayrı-ayrı şəxslərin fərdi mahiyyətli spekulyativ yanaşmalarına meydan tanımayacaqdır.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən növbəti dəyişiklik media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına maneə yaradılmasına qarşı mexanizmlərin sərtləşdirilməsi ilə bağlıdır. İXM-ə buna görə fiziki şəxslərin iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə olunmaları təklif edilir. Qeyd edək ki, əvvəllər kütləvi informasiya vasitələrinin qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslərin yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulurdu.
İXM-ə təklif edilən növbəti dəyişiklik də vacibdir. Söhbət qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsi təqsirkar kimi göstərən məlumatların yayımlanmasından gedir. Mövcud istiqamətdəki dəyişiklikdə cərimə məbləğinin ən yüksək həddinin seçilməsi bir çox şəxslər tərəfindən jurnalist fəaliyyətinə maneçilik kimi qiymətləndirilir. Bəli, məlumat yayıcılığında iştirak edən başlıca tərəf mediadır, jurnalistlərdir. Ancaq məsələnin onların fəaliyyətinə məhdudlaşdırma formasında qoyuluşu yanlışdır.
Ümumən, nəzərə alaq ki, təcrübədə əksər hallarda medianın deyil, ayrı-ayrı şəxslərin özlərinin sosial şəbəkə profilləri vasitəsilə məhkəmə müzakirəsində olan bilgiləri paylaşdığının şahidi oluruq. Yəni, təqsirsizlik prezumpsiyasına riayət etməyənlər əsasən onlardır. Təqsirsizlik prezumpsiyasına isə bütün dünyada həssas yanaşma mövcuddur. Müqayisəli yanaşsaq, görərik ki, buna əməl edilməməsinə görə cərimələr dünya dövlətlərinin bir çoxunda həddən artıq yüksəkdir. Hətta, azadlıqdan məhrumetmə cəzalarının tətbiqi də geniş yayılıb. Bu zaman əsas kimi bir çox amillər və motivlər götürülür. Şəxsi həyatın toxunulmazlığından tutmuş, məhkəmənin qərarına təsiretməyədək müxtəlif məqamlar nəzərə alınır. Başlıca ideya isə məhkəmə mükahiməsinə çəkilmiş şəxsin törətdiyi əməldən asılı olmayaraq, onun insan kimi malik olduğu hüquq və azadlıqlara sayğılı münasibətdir.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, İXM-ə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə ayrı-ayrı kateqoriyalardan asılı olaraq, yüksək cərimə məbləğinin seçilməsində elə bir fövqəladə hal yoxdur. Hesab edirik ki, bu dəyişiklik ancaq mediada deyil, bütövlükdə cəmiyyətdə məsuliyyət mühitini gücləndirmək, dərinləşdirmək məqsədi daşımaqdadır.
İXM-ə təklif edilən edilən növbəti dəyişikliklər bilavasitə jurnalist fəaliyyəti ilə bağlıdır. Belə ki, jurnalistin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə görə yeni cərimələr üç yüz manatdan altı yüz manatadək qaldırılır.
Başqa bir məqam isə jurnalist sorğusuna qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi ilə bağlıdır ki, burada da cərimə məbləği üç yüz manatdan beş yüz manatadək müəyyənləşdirilir. O da məlumdur ki, hazırda jurnalist sorğusuna cavab verilməməsinə görə cərimə məbləği iki yüz manatdan beş yüz manatadək məbləğdədir.
Hesab edirik ki, bu iki dəyişiklik də mühüm əhəmiyyət daşımaqdadır. Birincisi, dəyişiklik jurnalist sorğusuna məsuliyyətli yanaşmaq üçün, mesajdır, bir növ, çağırışdır. Mövcud istiqamətdə məsuliyyətsizlik hallarının olması isə reallıqdır.
İkinci vurğulanmalı məqam əvvəlki “kütləvi informasiya vasitələri məhsulu” ifadəsinin “media məhsulları” ifadəsi ilə əvəzlənməsidir ki, bu da ümumən, media anlayışının “Media haqqında” qanuna uyğunlaşdırılması, yəni geniş götürülməsi, onun medianın bütün seqmentinin əhatə olunması baxımından mühüm əhəmiyyət daşımaqdadır.
Digər tərəfdən, media məhsullarının yayımına maneyə görə cərimə məbləğinin artırılması da önəmlidir. Bunun da mövcud sahədəki məsuliyyət hissinin artırılmasına, müəyyən özbaşınalıq meyillərinin aradan qaldırılmasına kömək göstərəcəyinə inanırıq".
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib