Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-01-2023 [00:08]
Qoç - günün ilk yarısı informasiya əldə etmək və bilikləri artırmaq üçün əlverişli zamandır. Məlumatlar ilk baxışda önəmsiz təsir bağışlaya bilər - amma ilkin təəssüratlara aldanmayın.
Özünüzə əmin deyilsinizsə, bədgümanlığınız varsa, yeni işə və ya layihəyə başlamayın.
Günün ikinci yarısında məsuliyyətli davranın, diqqətli və sayıq olun. İşlərinizdə uğur qazanmaq üçün qətiyyətli, iradəli davranın.
Münasibətlərdə problemlərin yaranmaması üçün qaba və kobud insan təsiri bağışlamayın. Yaxınlarınızın ən elementar məsələləri anlamaqdan imtina etmələri sizi təəccübləndirə bilər.
Buğa - yalnız işlərə ciddi yanaşma olarsa, uğur əldə edəcəksiniz. Məsuliyyəti üzərinizə götürməkdən çəkinməyin. Gərəkli informasiyanı əldə edin. Situasiyanın istənilən formada dəyişməsinə hazır olun. Az sonra gərəyiniz olacaq biliklərə yiyələnin, təcrübə əxz edin.
Günün ikinci yarısında məqsədə doğru maksimal dərəcədə irəliləməyə çalışın.
Şəxsi münasibətlərdə hər şey istədiyiniz kimi deyil. Yaxınlarınızdan biri ilə münaqişə istisna deyil. Dəyər verdiyiniz insanla münasibətlərə sərinlik gətirəcək addımlar atmayın.
Əkizlər - səhər saatlarından etibarən peşəkar fəaliyyət müstəvisində arzuolunmaz situasiya yaranacaq. İşgüzar danışıqlar zamanı problemlər yarana bilər. Maliyyə məsələləri ilə bağlı anlaşılmazlıqları çözün.
Maliyyə durumunuzdan yararlanmaq istəyən insanlar var.
Günün ikinci yarısında səfərdə ehtiyatlı olun. Saatlar keçdikcə situasiya normallaşacaq. Rahat şəraitdə çalışa biləcəksiniz. Yaxınlarınızla mübahisə etməyin. Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun.
Xərçəng - günün ilk yarısı informasiya və məlumatların alınması üçün əlverişlidir. İşinizdə səlis, dəqiq olun, kobud səhvlərə yol verməyin. Alış-veriş zamanı pulunuzu gərəksiz əşyalara sərf etməyin. Yalnız lazım olanları alın.
Tələsik alınan əşyalarda sonradan üzə çıxaracağınız defektlər və ya qüsurlar ola bilər. Diqqətli davranın.
Günün ikinci yarısında işləri tamamlayın. Tələsik davransanız, kiçik travmalar və qüsurlar ola bilər. Gələcək işlərinizdə sizə yardım edə biləcək maraqlı insanlarla qarşılaşacaqsınız.
Şir - günün ilk yarısı çətin və mürəkkəb olacaq. Buna rəğmən işləri yarımçıq qoymayın, problemlərin öhdəsindən gəlməyə çalışın. Yaxın ətrafınızdakı insanların sizi qeyd-şərtsiz dəstəkləyəcəklərini düşünməyin. Tərifdən çox tənqid eşidəcəksiniz. Tənqidlərə sərt reaksiya verməyin.
Günün ikinci yarısında obyektiv reallıqla barışın.
Şəxsi münasibətlərdəki situasiyanı məntiqlə izah etmək asan deyil. Köhnə səhvlərə, yeni yanlışlıqlara görə "hədəf"ə çevrilə bilərsiniz. Natamamlıq kompleksinə qapılmayın.
Qız - yaxın ətrafınızdakı insanlardan birinə yardım edin. Yeni ideyalar formalaşacaq. Yaradıcı potensialınızın səviyyəsini artırın. İşgüzar fəallığınız hiperaktivliyə çevrilməməlidir.
Önəmli layihəyə başlamaq, mühüm sövdələşmələri müzakirə etmək üçün əlverişli zaman deyil.
Alış-verişi ertələyin.
Günün ikinci yarısında dostların və yaxınların tənqidlərinə həddən artıq sərt reaksiya verməyin. Bəzi iradlardan faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən biri ilə bağlı xoş olmayan xatirələr gündəmə gələcək.
Tərəzi - mühüm işləri günün ilk yarısında başa vurmağa çalışın. Saatlar keçdikcə anlaşmalar, müqavilələr, alış-veriş üçün əlverişsiz situasiya formalaşacaq. Dəvət aldığınız tədbirə qatılın.
Sənədləşdirməyə başlamayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə yeniliklər olacaq. Maraqlı və müxtəlif olaylar yaşanacaq. Bəzi məqamlara baxış bucağını dəyişmək zamanıdır.
Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Əqrəb - səhər saatlarında sakit və rəvan şərait vurnuxma, qəfil situasiyalarla əvəzlənə bilər. Ən adi, rutin işlər sizi yoracaq. Qəbul etdiyiniz qərarlar irrasional olmasın. Söhbət əsnasında qarşı tərəfin xətrinə dəyəcək sözlər söyləməyin.
Günün ikinci yarısı məktub və ya rezümə yollamaq üçün əlverişli deyil.
Köhnə incikliklərdən biri gündəmə gələcək. Sevdiyiniz insanla kobud davranaraq sonradan peşmançılıq hissinə səbəb olacaq addımlar atmayın.
Oxatan - işlərinizdə yaranan sədlərlə maneələr görünən, habelə ilk baxışdan nəzərə çarpmayan ola bilər. Xəyanətlə, sizə qarşı yönəlmiş məkrli planlarla qarşılaşa bilərsiniz. Çox yəqin ki, ötənlərdə baş vermiş hadisələrdən birinə görə sizdən qisas almaq istəyənlər var.
Günün ikinci yarısında şəxsi münasibətlər stabil olmayacaq. Unutmayın ki, ən stabil və mehriban ailələrdə belə problemlər yaşanır. Kompromisə meylli olun, çətinliyin güzəştli yolunu seçin.
Ailə üzvləri ilə təmaslarda həssas olun.
Oğlaq - yaxın ətrafınızdakı insanlarla təmasların intensivliyini bir qədər azaldın. Qarşılıqlı təkliflər və fəaliyyət cəhdləri gözlənilən effekti verməyəcək. Sizi səmimi-qəlbdən dəstəkləmək istəyən dostlar belə ən xırda məsələlərə görə səbrsiz ola bilərlər.
Vədləri unutmayın, anlaşmalara əməl edin.
Günün ikinci yarısında əzizlərinizdən biri barənizdə sərt danışacaq. Tənqidə sərt reaksiya verməyin, inciməyin, əhvalınızı pozmayın. Baş verənlərə sakit münasibət bəsləyin. Məntinqli və soyuqqanlı olmasanız, depressiyaya qapıla bilərsiniz.
Dolça - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Situasiyadakı çətinliklər sizi bədbin hala salmasın. Ən yaxşı bildiyiniz sahədə belə, tələskən davranaraq acı fəsadları ola biləcək səhvlərə yol verməyin. Diqqətli və sayıq olun.
Günün ikinci yarısında problemlərin həllində sərvaxt davranın.
Şəxsi münasibətlər üçün ağır dönəmdir. Harmoniyanı qorumağa çalışın. Düşünülməmiş, spontan qərarlar verməyin.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar - günün ilk yarısında yaxşı strateq olmağa çalışın. Olduqca çətin situasiyadan baş çıxarmağa can atın. İllərin sınağından çıxmış metodlardan və ya başqalarının təcrübələrindən yararlanmaq əvəzinə problemlərin həllində alternativ yollardan, fərqli variantlardan istifadə edə bilərsiniz.
Günün ikinci yarısında yardıma ehtiyacınız olarsa, kimsədən dəstək diləməyin. Əksinə, gərəkli adamı sizə yardıma sövq edin.
Axşam saatlarında tələsiklikdən, vurnuxmadan kənar duraraq sevdiyiniz insanla istirahət etməyə çalışın. Fiziki və mənəvi potensialınızın bərpaya ehtiyacı var.
Milli.Az
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)