Yaşayış minimumu, ehtiyac meyarı, işsizlik... - Prezident daha bir dəyişikliyi təsdiqlədi (Detallar)

img

30-12-2022 [15:33]


Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "Yaşayış minimumu haqqında" və "Ehtiyac meyarı haqqında" qanunları təsdiqləyib.

Mia.az xəbər verir ki, gələn il Azərbaycanda yaşayış minimumu bu illə müqayisədə 36 manat və yaxud 17,15% çox – 246 manat təşkil edəcək.

2023-cü ildə ölkədə ehtiyac meyarı isə 2022-ci ilə nisbətən 46 manat və yaxud 23% çox – 246 manat olacaq.

***

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanunları təsdiq edib.

Mia.az xəbər verir ki, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun büdcəsi bu ilə nisbətən 31,1 milyon manat və yaxud 17,25% çox – 212,7 milyon manat olacaq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR