Sahibə Qafarova aparat rəhbəri barədə təqdimat verib

img

29-12-2022 [12:04]


Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda “Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy haqqında” məsələyə baxılıb.

İclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Vüqar İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.

Xatırladaq ki, V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında işləyir. O, hazırda quurmda Aparatın rəhbəridir. Əgər o, auditor vəzifəsinə təyin edilərsə, aparat rəhbəri postundan azad olunacaq.

Ötən dövr ərzində Milli Məclis ilə Hesablama Palatası arasında peşəkar əlaqələrin kifayət qədər inkişaf etdiyini vurğulayan Tahir Mirkişili deyib: “Büdcə layihələrində, onların icrasında, qanun layihələrinə rəy verməkdə, bütövlükdə Hesablama Palatası ilə Milli Məclis arasında məsələlərin müzakirə edilməsində qurumun hazırkı kadr ehtiyatı parlament üçün kifayət qədər vacibdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR