İTV-nin Baş direktoru Yayım Şurasına hesabat verdi
28-12-2022 [16:52]
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda əvvəlcə Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə şirkətin 2022-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi və 2023-cü il üçün ştat cədvəlinin təsdiqi barədə məsələyə baxılması nəzərdə tutulub.
Sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Balakişi Qasımov hesabat dövründə görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, ötən müddətdə İctimai Televiziya və Radionun verilişlərinin məzmun keyfiyyətinin artırılmasına, daha müasir texnoloji yeniliklərin tətbiqinə xüsusi diqqət yetirilib. Bir sıra verilişlərin virtual studiyadan yayımlanması təmin edilib. Yeni studiyalar dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. İctimai teleradionun texniki imkanları, yerləşdiyi binanın təmir-tikinti işləri, yeni studiyaları haqqında da danışan Baş direktor bildirib ki, Şirkətin köhnəlmiş binasının bir hissəsi müasir formada təmir olunaraq istifadəyə verilib. Burada yaradılan şərait əməkdaşlara öz vəzifələrini rahat və tələb olunan müasir səviyyədə icra etməyə imkan verir.
B.Qasımov deyib ki, İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, yeni lisenziyalı layihələrin həyata keçirilməsinə nail olunub. Məqsəd müasir veriliş və filmlərin hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, intellektual proqramlarla bütövlükdə cəmiyyətin, onun ayrı-ayrı təbəqələrinin müxtəlif sahələrdəki ümumi maraqlarına xidmət etməkdir.
İclasda ayrı-ayrı verilişlər və həyata keçirilməsi planlaşdırılan layihələr haqqında geniş müzakirələr aparılıb. Yayımlanmış veriliş, müzakirə proqramlarının və filmlərin ictimai əhəmiyyəti, aktuallığı və sosial şəbəkələrdə yüksək reytinq göstəricilərinə də toxunulub, baxış sayına görə aylıq hesabatlarda daim ilk yerləri tutması xüsusi qeyd edilib.
Həmçinin bildirilib ki, Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri, lisenziyalı xarici serialları peşəkar dublyajla yayımlayan İctimai TV tamaşaçılara özünün istehsalı olan seriallar da təqdim edir.
Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Sevil Yusifova, Vüqar Zeynalov İctimai Televiziya və Radio Yayımları şirkətində həyata keçirilən layihələri, müasir beynəlxalq təcrübənin tətbiqini və planlaşdırılan işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər. Toplantıda 2023-cü ilə nəzərdə tutulan və digər cari məsələlər haqqında fikir mübadiləsi də aparılıb.
İclasda həmçinin, gələn il üçün ştat cədvəlinə baxılıb və iş əmsalının daha da yüksəldilməsi məqsədilə müvafiq qərar qəbul olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"