Hökumət əmək pensiyası ilə bağlı daha bir qərar verdi - Detallar/Siyahı

img

26-12-2022 [15:56]


“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilib.

Mia.az xəbər veirr ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıda aşağıdakı dəyişikliklər edilib:

1.1. 2-ci hissənin adına “, filiz” sözündən əvvəl “, emalı” sözü əlavə edilsin;

1.2. 2.3-cü bənd üzrə:

1.2.1. adına “yandırılması.” sözündən sonra “Filizin emalı.” sözləri əlavə edilsin;

1.2.2. “a) fəhlələr” abzası üzrə:

1.2.2.1. “kömürü qəbul edən nəzarətçilər” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin: qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər.

1.2.2.2. “növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:
qaynaqçılar, əməliyyat bölməsində operatorlar qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorla metallurqlar

1.2.3. “b) rəhbərlər və mütəxəssislər:” abzası üzrə:

1.2.3.1. “sex rəisləri, onların müavinləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:
əməliyyat bölməsinin rəhbəri texniki xidmət və inzibati dəstək bölməsinin rəhbəri

geologiya və dağ-mədən işləri bölməsinin rəhbəri

kəşfiyyat işləri üzrə müdir-layihə müdiri

mühəndislər, o cümlədən elektrik mühəndisləri.

1.2.3.2. “sex mexanikləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:

elektriklər, baş elektriklər

1.2.3.3. “energetiklər” sətrinin əvvəlinə “bütün adlarda” sözləri əlavə edilsin;

1.2.3.4. “sex energetikləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin: filizə nəzarət texnikləri

1.3. 10.2-ci bənd üzrə:

1.3.1. adı aşağıdakı redaksiyada verilsin:

“10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi”;

1.3.2. “a) fəhlələr:” abzasına “qüllə quraşdırıcı-elektrik montyorları” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:

kompressor qurğularının maşinistləri

1.4. 21.5-ci bənd üzrə:

1.4.1. ikinci sətir 21.5.1-ci yarımbənd hesab edilsin;

1.4.2. “elektrik mexanikləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:
elektrik qatarlarının (seksiyalarının) maşinistləri

elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri motovoz maşinistləri

motovoz maşinistlərinin köməkçiləri

kompressor qurğusunun maşinisti

drezin sürücüsünün köməkçisi

yol nəzarətçisi

tunel fəhlələri

süni qurğular təmirçisi

süni qurğular baxıcısı

yol baxıcısı

yol montyoru

metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri

metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri
metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri
eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri

rezin məmulatların təmirçisi

markşeyder işlərində dağ-mədən fəhləsi

nəzarət vaqonunun tənzimləyicisi

çəkiclə işləyən dəmirçi

kontakt qaynaq maşınının qaynaqçısı

yol, maşın və mexanizmlərin tənzimləyiciləri

daxili sanitar-texniki sistem və avadanlıqların montajçısı

ultrasəsli defektoskop aparatının operatorları və operator köməkçiləri

ultrasəs nəzarəti üzrə defoktoskopçular

izoləedicilər

kabel lehimləyicisi

əl ilə qaynaqda elektrik qaynaqçısı

1.4.3. aşağıdakı məzmunda 21.5.2-ci yarımbənd əlavə edilsin:

21.5.2. Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daimi məşğul olan rəhbərlər, mütəxəssislər, texniki icraçılar:
bütün adlarda tunel ustaları (böyük tunel ustaları, tunel ustaları, tunel usta köməkçiləri)

böyük elektrik mexanikləri

elektrik mexanikləri (rabitə üzrə elektrik mexaniki)

elektronçu

təlimatçı maşinist

4.1.5. 29-cu hissə üzrə:

1.5.1. “a) fəhlələr:” abzasının ikinci və üçüncü sətirləri

aşağıdakı redaksiyada verilsin:

asfalt və beton döşəyənlər

asfalt və beton bişirənlər.

1.5.2. “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” bəndinin “a) fəhlələr:” abzasına “pardaqlayıcı
üzçəkənlər” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin:

üzlükçülər

üzlükçü-tavaçılar

üzlüklü-plitəçilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR