Qarabağ zonasında işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq ediləcək

img

09-12-2022 [11:42]


Azərbaycanın işğaldan azad edilən ərazilərində işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.

Mia.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Yeni maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;

- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;

- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR