Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-12-2022 [00:02]
Qoç - günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın.
Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın. Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.
Buğa - yaşanan situasiyaya diqqət yetirin. Naqolay vəziyyətə düşməmək üçün sayıq və sərvaxt davranın. Gördüyünüz işi diqqətlə yoxlayın. Dəqiq hesablamalar və mühüm sənədlərlə çalışanda diqqətiniz mənasız nəsnələrə yayınmasın. Əks təqdirdə ağır fəsadlı səhvlər istisna deyil.
Günün ikinci yarısında yaxınlarınızdan biri ilə bağlı narahatlığınız əsassız deyil. Ailə üzvlərinizdən biri problemlərindən danışmağa çəkinir. Aşkar danışsanız, ailədəki ab-hava yaxşılaşar.
Əkizlər - günün ilk yarısında tərəfdaş və ya şəriklə iş böyük məsuliyyət tələb edir. Yardım üçün təcrübəli, bacarıqlı insanlara müraciət edin. İşlərinizi uğurlu məcraya salmağa çalışın. Yeni işlərə başlamayın.
Günün ikinci yarısında fərqli layihəyə başlamaq üçün görüş təyin etməyin.
Qohumlarla təmaslar sahəsində qərarların qəbulunda müstəqillik istəyiniz münasibətlərdə çətinliklər yaradacaq. Üstəlik, lider mövqeyini laxlatmaq istəyəcəklər.
Xərçəng - daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin.
Günün ikinci yarısında ifrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün diqqəti bir işə yönəldin.
Problemləri səmimi müzakirə ilə çözmək mümkündür. Ailə üzvlərinizə danışmağa, fikirlərini bildirməyə imkan yaradın. Ən yüksək maneəni də dəf etmək olar. Bu minvalla mövqelərinizi daha da möhkəmləndirə bilərsiniz.
Şir - fərdiyyətçilik heç də ən effektiv metod deyil. Mövqelərinizi möhkəmləndirmək istəyirsinizsə, iradəli və qətiyyətli olun. Kənardan yardımlar olmadan, kimdənsə dəstək almadan məqsədə çata bilərsiniz. Bunun sonucu isə yorğunluq, ətrafınızdakı insanların qəzəbi və kəskin sözləri olacaq.
Günün ikinci yarısında yeni işlərə aktiv şəkildə başlamağa dəyməz. İnanmadığınız insanın yardım təkliflərini qəbul etməyin.
Yaxınlarınızla münasibətlərdəki problemlər həll olunmursa və sayı daha da artırsa, təmkinli davranın. Bezdirici münasibətlərə son qoymaq zamanıdır.
Əks halda ünsiyyətlərdə fəlakət yaşanacaq.
Qız - nüfuzlu və hadisələrə təsir imkanına malik insanların olaylara müdaxiləsi yolveriləndir. Yaranmış problemlərin öhdəsindən bu minvalla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin. Amma tənqidlə iradlara kəskin ehtiyac yaranarsa, bunun üçün diplomatik ifadələr seçin.
Günün ikinci yarısında yeni layihə və ya işə başlamayın, bu prosesi daha əlverişli vaxtadək təxirə salın.
Az sonra müsbət təmayüllərin təsiri artacaq.
Axşam saatlarında xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Ən adi sözlər qıcığa, incikliyə səbəb ola bilər. Yorğunluq hiss edəcəksiniz.
Tərəzi - öhdəliklərinizi fasiləsiz, metodik şəkildə yerinə yetirin. Ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Yaxın ətrafınızdakı insanlarla emosional təmaslarda ola bilərsiniz. Yaxın gələcəyinizin asılı olduğu, bundan sonra sizə dəstək verə biləcək insanlarla aktiv ünsiyyətdə olun.
Günün ikinci yarısında ailədə stabil situasiya peşəkar fəaliyyətinizə müsbət təsir edə bilər. Qarşılıqlı əlaqələr möhkəmlənəcək, hisslər daha stabil olacaq. Axşam saatlarında gəzintiyə yollanmaq mümkündür.
Əqrəb - günün ilk yarısında qüvvə və imkanlarınızdan bədgümanlıq gördüyünüz işin nəticəsindən narazılıq hissi yarada bilər. Etibar etdiyiniz insanın dəstəyini almağa çalışın. Tərəfdaş və ya şəriklə söhbətdə situasiyanın təfərrüatlarını müzakirə edin.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Daha yaxşı mövqelərə layiq olduğunuzu, sürəkli ədalətsizliklə qarşılaşdığınızı düşünürsünüzsə, radikal addım atmaqdan çəkinməyin. Qətiyyətli olun. Emosiyalarınızı gizlətməyin. Amma başqalarının acığını sevdiklərinizdən çıxmayın.
Ailə üzvlərinin qəlbini qırmayın.
Oxatan - fəaliyyət sahəsini genişləndirmək, yeni sifarişlər almaq istəyirsinizsə, addımlarınızı və qərarlarınızı planlaşdırın. Yeni işə, layihəyə başlamağa dəyməz.
Yaxın ətrafınızdakı insanlardan birinin fikirləri sizdə qıcıq yarada bilər. Sakit, soyuqqanlı olun. Mübahisələrdə arqumentləri qulaqardına vurmayın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri qərarlarınıza qəflətən etiraz etməyə başlayacaq. O, bunu açıq-aşkar yox, gizlicə edəcək. Sevdiyiniz insanla açıq söhbətə başlaya bilərsiniz.
Dəyər verdiyiniz insanın diqqətini cəlb etmək üçün ekstravaqant addımlar atmayın.
Oğlaq - günün ilk yarısında işləri qaydaya salın. Proseslərin adət etdiyiniz məcrada olmasına çalışın. Narahat olmayın, situasiyanın kəskin dəyişə biləcəyini düşünməyin. Kənar amillərdən və ya başqasının tələbatından asılısızsa, durum ağırlaşacaq.
Sükan arxasında ehtiyatlı davranın. Cərimə riski var.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Şərtləri dəyərləndirin, situasiyadan maksimal dərəcədə yararlanmağa çalışın.
Axşam saatlarında görüşə yollana bilərsiniz.
Dolça - günün ilk yarısı mürəkkəb, qarışıq zamandır. İstəklər və niyyətlər gərginlik yarada bilər. İntiqam hissi və ya opponentin yalan danışdığını aşkarlamaq istəyi işlərin gedişatına çox pis təsir edə bilər.
Enerjiniz yalnız bir istiqamətdə olmamalıdır.
Günün ikinci yarısı yeni layihələr və ya işlər üçün sərfəli deyil.
Əks cins mənsubu sizinlə maraqlana bilər. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Normal istirahət etməyə çalışın.
Balıqlar - fəaliyyətinizdən həzz alırsınızsa, həttə ən rutin, gündəlik işlərə də yaradıcı yanaşma tələb olunur. Qayğılar bu gün maksimum vaxt alacaq. İşlərin öhdəsindən gəlmək istəyirsinizsə, təcrübəli insanların məsləhətlərinə qulaq asın. İradlar və tənqidlər sizi təbdən çıxarmasın. Emosiyalarınıza nəzarət edin.
Günün ikinci yarısında yaxınlarınızla müzakirələr və ya mübahisəni təxirə salın. Belədə təmaslarda rəvanlıq yaranacaq. Axşam saatları romantik görüş üçün münasibdir.
Milli.Az
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq