Azərbaycan və Türkmənistan parlamentləri arasında memorandum imzalanıb
08-12-2022 [14:47]
Türkmənistanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən xəbərə görə, görüşdə parlamentlərimiz arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Türkmənistanın dost və qardaş Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirən Qurbanqulu Berdiməhəmmədov deyib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində ölkələrimiz bir sıra sahələrdə, o cümlədən, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurub. O, son illərdə ölkələrimiz arasında ticarət və iqtisadi göstəricilərin daha da yüksəldiyini, bununla belə, əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.
Azərbaycanla Türkmənistanın bir çox beynəlxalq platformalarda da əməkdaşlıq etdiyini deyən Xalq Məsləhətinin sədri, o cümlədən, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığa diqqət çəkib. O, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasının önəmini qeyd edib və bildirib ki, Türkmənistan Şəbəkənin işində fəal iştirak etmək niyyətindədir. Vurğulanıb ki, təşkilatın Bakıda keçirilən birinci konfransında Türkmənistan Milli Qenqeşi Məclisi sədrinin iştirakı bunun təsdiqidir.
Hazırda parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində əhəmiyyətinin daha da genişləndiyini bildirən Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın bu istiqamətdə fəaliyyətə böyük əhəmiyyət verdiyini vurğulayıb. O, Azərbaycan və Türkmənistan arasında parlamentlərarası əlaqələrin daha da genişləndiyinə diqqət çəkərək, bu səfərin də qanunverici orqanlar arasında əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə edib.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycanla qardaş Türkmənistan arasındakı münasibətlərin bugünkü səviyyəsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məmnunluq doğurur. O, münasibətlərimizin yüksək səviyyəyə yüksəlməsində iki ölkənin dövlət başçılarının rolunu xüsusi qeyd edib. Azərbaycan və Türkmənistanın bir çox sahələrdə əməkdaşlıq etdiklərini bildirən parlamentin spikeri xüsusən energetika, nəqliyyat sahələrində əlaqələrin uğurla inkişafını qeyd edib.
Milli Məclisin sədri deyib ki, Azərbaycanla Türkmənistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Türkmənistana ilk rəsmi səfəri olduğunu bildirən spiker Sahibə Qafarova inamını ifadə edib ki, bu səfər parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcək.
Azərbaycanla Türkmənistanın beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini xatırladan Milli Məclisin sədri, o cümlədən, beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığı qeyd edib. O, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əlaqələrin əhəmiyyətini vurğulayıb. Spiker Sahibə Qafarova xatırladıb ki, Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə təsis olunub. Onun ilk konfransı bu ilin iyun ayında Bakıda keçirilib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti konfransının gələn ilin martında Manama şəhərində keçirilməsi planlaşdırılır. O, tədbirə hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib, Azərbaycanın bu təşkilatın institusional inkişafı istiqamətində atdığı addımlar barədə danışıb.
Görüşdə 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Azad edilmiş ərazilərdə ağıllı şəhərlər və ağıllı kəndlər tikilir, infrastruktur və nəqliyyat layihələri icra edilir. Hazırda keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Parlamentin spikeri deyib ki, Azərbaycan regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində bütün lazımi səyləri göstərir. Lakin Ermənistan destruktiv mövqe nümayiş etdirərək bu prosesə mənfi təsir göstərən addımlarını davam etdirir.
Qeyd edək ki, görüşdə Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı, deputatlardan Əziz Ələkbərov, Jalə Əliyeva, Şahin İsmayılov, Vahid Əhmədov, Cəbi Quliyev, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
Görüş başa çatandan sonra Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi Xalq Məsləhəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Türkmənistan Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Qeyd olunub ki, bu sənəd iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin daha da genişləndirilməsinə imkan verəcək.
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib