Dünya Kuboku: iki güləşçimiz yarışa qatılacaq

img

06-12-2022 [20:09]


Azərbaycanın 2 güləşçisi dekabrın 10-da ABŞ-ın Ayova ştatının Koralvill şəhərində start götürəcək Dünya Kubokunda iştirak edəcək.

Federasiyadan Mia.aza verilən məlumata görə, sərbəst və qadın güləşi üzrə 2 gün davam edəcək yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq.

Sərbəst güləşdə Dünya yığmasının tərkibində Osman Nurmaqomedov (92 kq) yer alıb. Bu komanda B qrupunda Yaponiya və İranla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək.

Qadın güləşində isə Dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq. Bu kollektiv B qrupunda Çin və ABŞ-la münasibətlərinə aydınlıq gətirəcək. A qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır.

Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA