Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyib
GÜNDƏM
06.12.2022, 11:49
Azərbaycan və Türkiyə hərbçilərinin birgə iştirakı ilə reallaşdırılan "Qardaş yumruğu" birgə təlimində bu gün "Yüksək səviyyəli müşahidəçi günü" keçirilir.
Mia.az xəbər verir ki, təlimi müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri izləyib.
Hazırda təlim davam edir.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən "Qardaş yumruğu" adlı Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.
Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.
Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Bundan başqa, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib. Təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcıları cəlb edilib.
Xatırladaq ki, dekabrın 5-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti təlimləri izləmək üçün Azərbaycana gəlib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deputatlar bu tarixdə toplanacaq
Bugün, 13:42 GÜNDƏM
-
Milyonçunun villasına gecə yarısı basqın: özü və iki qızı güllələləndi, arvadı çəkiclə döyüldü - Kanadadakı şok olay dünyanın diqqətində (FOTO)
Bugün, 13:23 KRİMİNAL
-
Osimhenin ikinci övladı dünyaya gəlib
Bugün, 13:15 İDMAN
-
“Xalçalar diyarı” sərgisi açılıb - FOTOLAR
Bugün, 13:14 MƏDƏNİYYƏT
-
Salyanda məktəb binasını yandırmaq istəyənlər həbs edilib
Bugün, 12:59 KRİMİNAL
-
İpoteka, yoxsa nağd pulla ev almaq?! - Ekspertdən şərh
Bugün, 12:55 İQTİSADİYYAT
-
Deputat “Niyə Ağdamda mənə ev düşmür?” deyib mülk istədi, Sahibə Qafarova etiraz etdi: "Görülən işlərə ləkə salırsınız"
Bugün, 12:53 GÜNDƏM
-
Noyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ
Bugün, 12:50 CƏMİYYƏT
-
Əli Əsədovla İrakli Kobaxidze bir araya gəldi - Siqnaxidə + FOTO (YENİLƏNİB)
Bugün, 12:32 GÜNDƏM
-
"Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul olunub - DETALLAR
Bugün, 12:20 CƏMİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:06 CƏMİYYƏT
-
Türkiyə futbolu yenə "qaynayır": Baş məşqçiyə etiraz, yığmadan ayrılmaq istəyən futbolçular və...
Bugün, 11:48 İDMAN
-
Məhkəmə ekspertlərindən nə qədər vergi tutulacaq? - Qərar qəbul edildi
Bugün, 11:37 İQTİSADİYYAT
-
14 ilin icra başçısı məhkəmədə oğlunun keçmiş dostları ilə çəkişir: "Nəsil söhbəti eləmə..."
Bugün, 11:36 CƏMİYYƏT
-
Türkiyənin 4 böyük klubu rus futbolçunu heyətinə qatmaq üçün yarışır
Bugün, 11:27 İDMAN
-
TRAMPLA PUTİN ANLAŞMASI: 288.000 ton Rusiya dizelinin olduğu yeddi tanker ABŞ-a yola düşüb
Bugün, 11:18 İQTİSADİYYAT
-
MİT İŞİD-ə qarşı xaricdə əməliyyat keçirdi - "Abdullah" Türkiyəyə gətirildi
Bugün, 11:09 DÜNYA
-
Mərkəzi Banka əlavə səlahiyyət verilir
Bugün, 11:07 İQTİSADİYYAT
-
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri... - Yeni qanun
Bugün, 11:07 CƏMİYYƏT
-
Deputat qətldə adı hallanan oğlu barədə sualı cavablandırmaqdan yayındı
Bugün, 10:47 SİYASƏT
-
Husilər Ər-Riyadda ballistik raketlər fırladıb
Bugün, 10:39 DÜNYA
-
Putindən Avropaya müharibə xəbərdarlığı: "Biz hazırıq, əgər kimsə istəyirsə, hazırlaşsın!" - "Rusiya Birinci və İkinci Dünya Müharibələrindən dərs çıxarıb"
Bugün, 10:21 GÜNDƏM
-
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
Bugün, 10:21 GÜNDƏM
-
Baş idarə rəisinə vaxtından əvvəl xüsusi rütbəsi verilib
Bugün, 10:15 CƏMİYYƏT
-
Ağdam şəhərinə və Xocavənd növbəti köç yola salınıb
Bugün, 10:14 GÜNDƏM
-
Azərbaycan nefti ucuzlaşdı - 3 dollar
Bugün, 10:08 İQTİSADİYYAT
-
Biləcəridə hotelin fəaliyyəti dayandırılıb - VİDEO
Bugün, 09:49 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞƏCƏK, YOXSA... - 3 namizəd var, deputatlar kimə "hə" deyəcək? + FOTO (Yenilənib)
Bugün, 09:26 SİYASƏT
-
Bir yuxu türk aktrisanın həyatını dəyişib - Açıqlama
Bugün, 09:01 MƏDƏNİYYƏT
-
AĞ EVDƏ QAPALI TOPLANTI - İrana qarşı hücum variantları nəzərdən keçirilir?
Bugün, 00:35 GÜNDƏM
-
Türk klubundan Messiyə inanılmaz təklif: ilə 50 milyon avro maaş... - ATASI ƏNGƏL OLUB!
Bugün, 00:25 İDMAN
-
Özgür Özəl İstanbulun bələdiyyələrini bir-bir "ovlayır" - Ahmet Özer də Yeni Partiyaya "hə" dedi
Bugün, 00:14 SİYASƏT
-
Maliyyə Nazirliyi yoxladı və... - XİDMƏT RƏHBƏRİ VƏZİFƏDƏN AZAD OLUNDU
Bugün, 00:10 CƏMİYYƏT
-
Vasif Talıbovun qardaşı məhkəməlik oldu - Keçmiş həyat yoldaşı ilə əmlak mübahisəsi yaranıb
Bugün, 00:07 CƏMİYYƏT