Əli Əsədov bu avadanlıq və texnikaların ƏDV-dən azad olunması barədə qərar verdi
05-12-2022 [12:56]
Nazirlər Kabineti “Əlavə dəyər vergisindən (ƏDV) azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi və “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 31 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci iltarixli qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” ölkə prezidentinin 29 dekabr 2021-ci il tarixli fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib.
Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən "ƏDV-dən azad olunan aqrar avadanlıq və texnikaların siyahısı" təsdiqlənib.
"Dövlət aqrar sahədə kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək tədbirləri çərçivəsində kənd təsərrüfatı texnikalarının əldə edilməsi zamanı vergi güzəştləri tətbiq edilib. Belə dəstək tədbirlərindən biri kimi Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinin 3 dekabr 2021-ci il tarixinə qədər mövcud olan redaksiyasına əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı Nazirlər Kabinetinin təsdiq etdiyi kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad olunub. ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların dəqiq siyahısının olmaması və onların bilavasitə kənd təsərrüfatı texnikası olmasının müəyyən edilməsi ilə bağlı yaranan problemlərin həlli məqsədilə 3 dekabr 2021-ci il tarixli qanunla Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində dəyişiklik edilib və istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin siyahısını Nazirlər Kabinetinin müəyyən etməsi nəzərdə tutulub.
Bu Qərarla istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin konkret siyahısı müəyyən edilərək, həmin texnikaların istehsalı, satışı və idxalı prosesində onların təyinatı ilə bağlı yaranan qeyri-müəyyənliklərin, bununla bağlı vətəndaşların, gömrük, vergi və digər sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının qeyd olunan səbəblərdən yaranan əlavə iş yükünün aradan qaldırılmasına nail olunacaq.
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb