“Rusiya ilə sülh danışıqları mümkün deyil” - Zelenski

img

05-12-2022 [13:01]


“Bəzi beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Rusiya ilə sülh danışıqları istisnadır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində deyib.

O bildirib ki, Rusiya ilə danışıqlar məsələsində rəsmi Kiyevlə Qərbin maraqları fərqli ola bilər: “Rusiyanın müharibə cinayətləri Ukrayna ictimaiyyətini Moskva ilə kompromislərlə bağlı daha sərt mövqe tutmağa vadar etdi. Bəzi müttəfiqlər Ukraynanın Krımı azad etmək cəhdinin nüvə eskalasiyasının başlanmasına səbəb olacağından ehtiyat edirlər”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA