"Azərbaycan Dəmir Yolları"nda yeni mətbuat katibi təyinatı oldu

img

05-12-2022 [11:25]


"Azərbaycan Dəmir Yolları" QSC-də kadr dəyişikliyi olub.

Mia.az manset.az-a istinadla xəbər verir ki, qurumun yeni sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə, Sənubər Nəzərova Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi təyin olunub.

O, bu təyinata qədər SOCAR AQŞ-nin mətbat meneceri, "Teknofest Azərbaycan" ofisinin PR nümayəndəsi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb. 

QSC-nin yeni sədrinin onu sələfi Cavid Qurvanova sadiq olmaqda ittiham edərək, vəzifədən getməyə məcbur ediyi bildirilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR