Bu hallarla bağlı qapalı məhkəmə iclasına icazə verilməyəcək

img

02-12-2022 [13:47]


Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Mia.az xəbər verir ki, dəyişikliklə Məcəllənin 10.2 ─ 10.4-cü maddələrində nəzərdə tutulmuş hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyəcək.

Məcəllənin 10.2 -10.4-cü maddələri aşağıdakı kimidir:

- Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.

- İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.

- Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR