DÇ-2022: Almaniya yarışa "əlvida" dedi, İspaniya və Yaponiya 1/8 finalda (Yenilənib)

img

02-12-2022 [00:54]


Bu gün Dünya çempionatının E qrupunda  Almaniya ilə Kosta Rika yığmaları qarşılaşıblar.

Mia.az xəbər verir ki, oyunun 10-cu dəqiqədə Serj Qnabri Bundestimi almanları önə keçirib - 1:0.

58-ci dəqiqədə isə Kosta Rika hesabı bərabərləşdirib - 1:1

69-da Kosta Rika hesabda önə çıxıb - 1:2.

Lakin iki dəqiqə sonra almanlar hesaba tarazlıq gətirib - 2:2

Almaniya 85-ci dəqiqədə hesabı artırıb - 3:2

Almanlar 90-cı dəqiqədə daha bir qol atıb - 4:2

Qrupun digər oyununda İspaniya Yaponiyanı məğlub edir - 2:1.

İspanların ilk hissədə vurduğu bir qola Yaponiya ikinci hissədə iki qolla cavab verib.

Belə ki, 48-ci dəqiqədə Ritsu Doan tarazlığı bərpa edib. 53-cü dəqiqədə isə Tanaka yaopnları önə çıxarıb - 1:2

Oyunlar bu hesabla başa çatıb.

Beləliklə, Yaponiya qrup lideri, ispaniya isə ikinci pillənin sahibi kimi 1/8-ə yüksəliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR