"Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün tarixi fürsət yaranıb" - Aİ Bakı və İrəvana çağırış etdi

"Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün tarixi fürsət yaranıb" - Aİ Bakı və İrəvana çağırış etdi

SİYASƏT

01.12.2022, 18:13

“Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün tarixi imkan var”.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ATƏT Nazirlər Şurasının Polşada keçirilən iclasında deyib.

O bildirib ki, Aİ Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə işləməkdə davam edəcək: "Hesab edirəm ki, bu, Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün tarixi fürsətdir. Hər iki tərəfi bu fürsətdən istifadə etməlidir. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hər cür töhfə verməyə hazırdır".

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR