Nərimin atası İlkin Süleymanovun "nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?” sualına elə cavab verdi ki...
30-11-2022 [13:32]
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanova suallar verilib.
İlkin Süleymanov deyib ki, onun Nərmini qətlə yetirməsi ilə bağlı verdiyi ifadəsi uydurma olub. Həm istintaq, həm də hadisə yerinin yoxlanması zamanı verdiyi ifadələr həqiqəti əks etdirməyib: “Həmin ifadələri işgəncə altında vermişəm. O vaxt nə danışdığımı özüm də bilməmişəm. Əgər ifadələrimdə həqiqəti demiş olsaydım, o zaman 2020-ci ilin yanvarın 6-da, günün birinci yarısında başqa bir rayonda yas mərasimində olduğumu deməliydim. Özünüz də görürsüz ki, həqiqəti əslində istintaq zamanı deməmişəm, unutmuşam. Bu faktdır”.
Vəkil Əlibaba Rzayevin sözlərinə görə, iş materiallarında olan şahid ifadələri də göstərir ki, yanvarın 6-da, saat 14.30-dək İlkin Süleymanov başqa bir rayonda yas mərasimində olub.
Daha sonra prosesdə tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Səni axtarıram” verilişində Nərminin qətlindən sonra kənddə hazırlanan süjet nümayiş etdirilib.
Verilişdə Nərminin bacısı Şəbnəm Quliyevanın sarı taksinın kəndə gəlməsi, onun özünü də aparmaq istəməsi barədə dediyi hissələrə baxılıb. Verilişdən sonra Nərminin bacısı eyni sözləri istintaq zamanı da deyib.
Vəkil Əlibaba Rzayev bildirib ki, hadisə günü kənddə sarı bir taksinin olması, onun yalnız Nərmin Quliyevanın böyük bacısı Şəbnən Quliyevanın görməsi barədə məlumatların yayılması uydurmadır:
“Həmin uşağın təsvir etdiyi kimi, doğurdan da, hadisə yeri ətrafında sarı taksinin olması doğrudursa, onu uşağın əmisi də görməli idi. Əmisi ifadəsində deyib ki, uşağı yola salan zaman onun arxasınca baxıb. Ən azından əmisi də taksini görməli idi. Şəbnəmin sarı taksinin dayandığı yeri təsvir edəndən sonra qonşusu ifadə verib və deyib ki, belə bir taksi görməyib. Deyib ki, olsaydı, maşının səsini eşidərdim. Şəbnəmin sözlərini izin itirilməsi üçün ortaya atılmış məlumat kimi qiyməntləndiririk. Bizim fikirimiz belədir. İfadələrlə sübuta yetirilir ki, sarı taksi məsələsi uydurmadır. Əgər bu uydurmadırsa, uşaq uydurması da deyil. Bu düşünülümüş uydurmadır. Məqsəd nədir, bunu biz hələ bilmirik”.
Vəkil bildirib ki, Nərmin Quliyevanın həm anası, həm də bacısının həmin verilişdə dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər var. Onlar verilişdə itkin düşən gün Nərminin xəstə olduğunu deyiblər: “Amma məhkəmə prosesi zamanı bunu qətiyyətlə gizlədirlər. Səbəbi onlar özləri bilirlər. Bizim üçün də maraqlıdır. Xəstəliyi niyə görə israrla gizlədirlər? Bu qaranlıqdır”.
Vəkil bildirib ki, qrip xəstəsi olan bir uşağın 47 gün soyuq otaqda saxlanılması qeyri-mümkündür: “Biz buna işarə edirdik. Amma nəyi gizlədirlər, biz bunu bilmirik”.
İlkin Süleymanov deyib ki, hadisə yerində ifadəsinin yoxlanılması zamanı qohumlarını axtarıb: “Onları axtarmaqda məqsədim bu cinayəti mənim törətmədiyimi demək istəməyim olub. Amma bilmirdim ki, özümdə güc tapıb, onlara bunu deyə biləcəyəmmi? Amma yenə də gözüm qohumlarımı axtarırdı. Demək istəyirdim ki, bu cinayəti boynuma götürməyi mənə məcbur edirlər. Orada bəlkə də atamı, anamı görsəm, cəsarətə gələrdim, deyərdim ki, bu cinayəti mən törətməmişəm. Zorla bunu mənim boynuma qoyurlar. Təssüf ki, mən orada nə atamı, nə anamı, nə qardaşımı, nə bacımı, nə də qonşuları görmədim”.
Əlibaba Rzayev isə deyib ki, İlkin Süleymanov hadisə yerinə gətirilən zaman onun qohumlarını, qonşularının bəzilərini aldatma yolu ilə, bəzilərini isə hədə-qorxu ilə oradan uzaqlaşdırıblar: “Hətta hadisə yerinə yaxın yaşayan əmisini və ailə üzvlərini də oradan uzaqlaşdırıblar ki, onların heç birini İlkin Süleymanov görməsin. İstintaq bunu qabaqcadan bildiyi üçün bu tədbirləri görüb. Bu da iş materillarında olan ifadələrlə sübuta yetirilir”.
Vəkil deyib ki, Nərmin Quliyeva itkin düşəndən sonra onun əmisi Lətif Quliyev şübhəli kimi tanıdılıb, bunu Nərminin nənəsi Minayə İsmayılova da səsləndirib: “Bununla bağlı Lətifi saxlayıblar, sonra da sərbəst buraxıblar”.
Əlibaba Rzayev bildirib ki, istintaqın təqdim etdiyi materillarda İlkin Süleymanovun ifadəsindən başqa cinayəti sübut edəcək heç bir fakt yoxdur.
Prosesdə İlkin Süleymanov Nərmin Quliyevanın atası Şərif Quliyevə “nəyə əsasən deyirsən ki, qızının qatili mənəm?” sualını ünvanlayıb.
Şərif Quliyev cavab verib ki, ona qətli İlkin Süıeymanovun törətməsini Baş Prokurorluqdan deyiblər: “Amma mənim öz əlimdə heç bir fakt yoxdur ki, bu cinayəti sən törətmisən. Mən mənə deyilənlərin əsasında deyirəm”.
Növbəti proses noyabrın 30-da davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub