DÇ-2022: ABŞ İranı, İngiltərə Uelsi evə göndərdi (Yenilənib)

img

30-11-2022 [01:02]


Bu gün dünya çempionatının B qrupunun III turunda ABŞ-İran və Uelslə -İngiltərə yığmaları üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, oyunun 46-cı dəqiqəsində ABŞ hesabı açıb - 1:0

Oyun elə bu hesabla da bitib.

Uelslə İngiltərə arasında baş tutan oyunda isə ingilislər rəqiblərini 3 qolla cəzalandırıb.

Belə ki, oyunun 50, 52 və 68-ci dəqiqələrində ingilislər Uelsi oyunu mərkəzdən başlamağa məcbur edib - 3:0.

Bu nəticələrdən sonra ABŞ və İngiltərə növbəti mərhələyə yüksəliblər.

Uels və İran isə yarışla vidalaşıblar.

1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.

ABŞ isə Niderlandla oynayacaq


Digər xəbərlər
SON XƏBƏRLƏR