DÇ-2022: Cənubi Koreya Qanaya uduzdu (Yenilənib)

img

28-11-2022 [18:59]


Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Qana yığmaları arasında H qrupunun II tur oyunu başa çatıb.

Mia.az xəbər verir ki, saat 17:00-da başlayan oyunun birinci hissəsində Qana iki qolla önə çıxıb - 2:0.

Qolları 24-cü dəqiqədə Məhəmməd Salisla 34-cü dəqiqədə Məhəmməd Kudus vurublar.

İkinci hissədə isə koreyalılar iki gözəl qollla hesaba tarazlıq gətirib.

 68-ci dəqiqədə isə Məhəmməd Kudus yenidən Qananı önə çıxarıb - 3:2

Oyun bu hesabla başa çatıb.

***

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ikinci turunda üz-üzə gələcək Cənubi Koreya və Qana yığmalarının start heyətləri açıqlanıb.

Mia.az xəbər verir ki, millilər bu heyətlə "döyüş"ə çıxacaq:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 22. Hun Çan Kvon, 25. Yun Vu Yonq, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Qana: 1. Laurens Aitiziqi, 14. Cideon Mensah, 4. Mohammed Salisu, 18. Daniel Amarte, 2. Tariq Lampte, 21. Salis Abdulsamed, 20. Mohammed Kudus, 5. Tomas Parte, 9. Cordan Ayu, 19. İnaki Uillyams, 10. Andre Ayu

Qeyd edək ki, oyun saat 17:00-da start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR