Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub

img

28-11-2022 [15:04]


Bakıda yaşayış binasında yanğın olub.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunaraq yanğın söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR