“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib - Yubiley medalı və təqaüd təsis ediləcək, qızıl sikkələr buraxılacaq

img

28-11-2022 [13:21]


“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Plana görə, ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək. Təqaüdün təsis edilməsi 2023-cü ilin may–iyun ayı üçün nəzərdə tutulub. Bundan əlavə, glən il təhsil müəssisələrində “Heydər Əliyev dərsləri” keçiriləcək.

Həmçinin, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr və Heydər Əliyev - 100” yubiley medalı hazırlanacaq.

Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.“

Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq.

Tədbirlər Planında poçt markaları və xatirə nişanlarının gələn ilin mart-may aylarında dövriyyəyə buraxılması nəzərdə tutulub.

Prezident Administrasiyası, Azərbaycan Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi icraçı qurum olaraq müəyyənləşib.


Digər xəbərlər
SON XƏBƏRLƏR