Almaniyada "Güney Azərbaycanın dünəni və bu günü" mövzusunda konfrans: bəyanat qəbul olunub - FOTOLAR
27-11-2022 [16:27]
Almaniyada fəaliyyət göstərən Münster Azərbaycan Evinin təşkilatçılığı və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə Almaniyada "Güney Azərbaycanın dünəni və bu günü" mövzusunda konfrans keçirilib.
Mia.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə İranda baş verən etirazlarda öldürülən soydaşlarımızla, Vətən müharibəsində şəhid olanların xatirələrini sükutla yad edib.
Daha sonra Güney Azərbaycanın himni səsləndirilib və bununla da konfrans açıq elan olunub.
Aşılışı nitqində çıxış edən Almaniyanda Münster şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Eldar Güneyli son 3 ayda İranda – Güney Azərbaycanda baş verən hadisələr barədə ətraflı məlumat verib.
Daha sonra Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firudin Prəvizniya, DAK İH üzvü Nurəddin Qərəvi, DAK icra aparatının rəhbəri, İSBAM rəhbəri Samir Adıgözəlli, DAK Avropa rəhbəri Əli Hacı, Münster Azərbaycan Evinin təmsilçiləri Əhməd Urmulu, Elsevər xanım Ərdəbilli, Bəhrəm Nəsibli, Rza Babai, Əbülfəz Corabcı, Vahid Tazen, Əli Quşçu, eyni zamanda, Almaniyanın Köln, Frankfurt və digər şəhərlərindən, həmçinin Bolqarıstan və digər ölkələrdən gələn güneyli ziyalılar çıxış edərək, İranın mövcud rejiminin həyata keçirdiyi amansız zorakılığına, dinc əhaliyə qarşı qəddarlığına, soydaşlarımızın ən təməl haqq və hüquqlarının ayaqlar altına atmasına və digər acı gerçəkliklərə diqqəti çəkiblər.
Natiqlər bildirib ki, son üç ayda İranda yaşanan etiazlarda insanların təməl haqları kobud formada pozulmaqla, onlara qarşı ən qəddar və hətta əxlaqsız üsullardan yararlanmaqla, mövcud rejim bütün beynəlxalq qanunları bu gün də pozmaqda davam edir.
DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli çıxışında İranda son aylar baş verən etirazların səbəblərini geniş təhlil edib. O, Azərbaycan prezidenti İlham Əliyevin güneyli soydaşlarımızın haqq və hüquqlarının hər platformada daim müdafiə olunacağı barədə son fikirlərinə geniş şərh verib: “Ölkə başçımız, cənab ilham Əliyevin “harada yaşaçmalarından asılı olmayaraq bütün azərbaycanlıların müdafiəsi bizim borcumuzdur” sözləri bizim üçün mühüm istiqamətdir. Bilirsiniz ki, prezident bu bəyanatı Türk Dövlətləri Təşkilatının son iclasında verib. Ötən gün isə Bakıda keçirilən ““Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda da cənab prezident İlham Əliyev İranda yaşayan soydaşlarımızın təhsil haqqlarının, ana dili hüququları barədə çox vacib mesajlar verib. Eyni zamanda, İranın mövcud rejiminin Azərbaycana qarşı apardığı siyasətə toxunub və ölkəmizə, soydaşlarımıza qarşı nifrət üzərində aparılan fəaliiyətin səmərə verməyəcəyini deyib. Şübhəsiz ki, Prezident tamamilə haqlıdır. Bu gün bütün azərbaycanlılar bir yumruq kimi birləşərək, Prezidentin arxasında durmaqla, onun göstərdiyi istiqamətlərdə fəaliyyət göstərməkdəyik. Qoy cənab Prezidentin dediyi kimi, bütün düşmənlərimiz görsün ki, biz heç kimdən çəkinmirik...”:
Konfransın sonunda İranda baş verənlərlə bağlı bəyanat qəbul olunub.
Qərara alınıb ki, yaxın günlərdə Avropanın digər ölkələrində Güney Azərbaycanda baş verən proseslərlə bağlı yeni-yeni tədbirlərin təşkil olunması, müzakirələrin aparılması və bununla da İranda yaşanan zorakılığa daha çox diqqətin cəlbi istiqamətində sistemli fəaliyyət artırılsın.
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb