VASİF TALIBOVUN OĞLU İLƏ BAĞLI QALMAQAL: Seymur biznesmenin ev, obyekt və maşınlarını kimin əliylə ələ keçirib? - Sensasion iddialar (FOTOLAR)
27-11-2022 [14:52]
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbobun kiçik oğlu Seymur Talıbov 2021-ci ilin yanvar ayında Naxçıvan şəhərində fəaliyyət göstərən “Sizin market”in işlətmə müdiri Razi Orucovu sərt şəkildə cəzalandırıb, onun mülkiyyətində olan bütün obyektləri və evləri əlindən alıb, özünü isə həbsə atdırıb.
Ovqat.com-un iddiasına görə, 22 gün həbsdə saxlanılan Razi Orucov ağır işgəncələrə məruz qalıb zorla öz mülkiyyətindən Seymur Talıbovun xeyrinə imtina etmək ərizələrinə qol çəkməyə məcbur edilmişdi. Daha sonra DTX-nın Naxçıvanda əməliyyata keçirməsilə Razinin də bəxti gülməyə başlamışdı. Razi Orucov dərhal Naxçıvan MR DİN-nə çağırılmış və əlindən alınan bütün obyektlərin sənədləri ona qaytarılmışdı.
Dünən Ovqat.com-un redaksiyası ilə əlaqə saxlayan Razinin atası İlyas Orucov iddiaları qismən təsdiqlədi.
İlyas Orucov vurğuladı ki, oğluna və özünə aid mülkiyyətlər tam olaraq geri qaytarılmayıb və Razinin başına gətirilən oyunlarda Seymurun şəxsən özü deyil, onun sürücüsü Həsən Əhmədov iştirak edib.
“Biz 2018-ci ilin iyun ayında “Gəmiqaya”ya aid olan “Sizin Market”i holdinqin rəhbəri Emin Uçardan kirayəyə götürmüşdük. Təkcə marketin yenidən dizayn edilməsinə və vitrinlərin yığılmasına 250 min manat xərcimiz çıxmışdı. Hətta mağazanın açılışına Ali Məclisin sədri Vasif Talıbov da gəlmişdi. Marketi işlətməyə başladıqdan cəmi 1 ay sonra Seymur Talıbovun sürücüsü polis zabiti Həsən Əhmədov gəldi və bundan sonra kirayə pulunu ona verəcəyimizi bildirdi. Seymur Talıbovun adından danışırdı. Tələbi təkcə kirayə da pulu deyildi. O, həmçinin bildirdi ki, Seymur müəllimin göstərişidir, bundan sonra biz qazanca da ortaq olacağıq. Biz də çar-naçar bu tələblə razılaşdıq”, - İlyas Orucov deyib.
Öz vəsaitləri ilə qurduqları “Sizin Market”in işlədilməsi üçün hər ay 10 min manat kirayə haqqı verən Orucovlar qazanclarını da Seymurun sürücüsü Həsən Əhmədovla bölüşməyə başlayıblar. İlyas Orucovun bildirdiyinə görə, ayda bəzən 30 min, bəzən 40 min qazanc əldə edir, onun da yarısını Seymurun sürücüsünə verirmişlər. Beləcə, bu “ortaqlıq” 36 ay davam edir. Bir gün yenə “Sizin Market”in qapısını döyən Həsən Əhmədov onlardan heç bir mala əl vurmadan mağazanı tərk etməyi tələb edir. Təbii ki, Orucovlar bu tələblə razılaşmırlar. Nəticədə Həsən Əhmədov Orucovların bütün mülkiyyətinə əl qoyur və onların “dövlət adından müsadirə olunduğunu” sahibkarların diqqətə çatdırır. “Dövlət adından çıxarılan bu hökmlə razılaşmayan” Razi Bakıya gəlir və dövlət iradəsinin əsl ünvanına Prezident Administrasiyasına şikayətə yollanır. Administarsiyadan məktuba müsbət cavab verilir və şikayətin ədalətli araşdırılması tələbi ilə Naxçıvan MR DİN-nə rəsmi təlimat göndərilir. O dövrün Naxçıvan MR Daxili İşlər naziri Fazil Ələkbərova göndərilən rəsmi təlimatdan sonra Naxçıvana çağırılan Razi elə aeroportdaca həbs olunaraq saxlama təcridxanasına aparılır və ağır işgəncələrə məruz qalır.
Şəkildə: PA-dan Naxçıvan MR DİN-ə göndərilən məktub
Atasının iddiasına görə, Razi Orucov Naxçıvan MR DİN-in müvəqqəti saxlama təcridxanasında Seymur “müəllimin” Həsən Əhmədov və təcridxananın Mahir adlı müdiri tərəfindən sərasər 22 gün döyülür. Bu 22 günlük işgəncədən sonra Razi ağzında bir dişi belə qalmadan azadlığa buraxılır.
Razi Orucovdan “dövlət” adına müsadirə olunan daşınmaz əmlakın siyahısı:
3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva;
4 ev: 3-ü qaytarılıb, 1-ni Həsən Əhmədov Alman apteki edib;
1 quşçuluq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək. Hazırda fermanın sənədləri Orucovlarda olsa da, onun içərisindəki mal-qara və quşlar ərşə çəkilib.
Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul.
Üzərindən ilyarımdan çox zaman keçdikdən sonra Bakıdan Naxçıvana yoxlamaların getdiyindən təşvişə düşən Seymur Talıbovun sürücüsü Həsən Əhmədov Razini təcili Naxçıvan MR DİN-nə çağırıb və müsadirə olunan obyektlərdən bəziləri ona qaytarılıb. Bununla razılaşmayan və bütün vəsaitlərini tam olaraq tələb edən Raziyə Seymur Talıbov adından maraqlı iş təklifi verilib: “İddialarından əl çək, sənə Naxçıvan şəhərinin mərkəzində yeni açılmış obyektlərdən birini verək, oranı işlət və qanacını bizimlə böl”. Təbii ki, Seymur Talıbovla əməkdaşlıqdan ağzı bir dəfə yanan heç bir ağıllı iş adamı bu təkliflə razılaşmazdı və Razi də ondan imtina edib.
Hazırda Orucovların quşçuluq ferması və “Sizin Market” Seymurun bacanağı Hümbət Qəhrəmanovun ixtiyarındadır. Ferma guya xərçəng yetişdirmə müəssisəsi kimi fəaliyyət göstərir. Türkiyədən gətirilən xərçənglər burada bir neçə gün saxlanıldıqdan sonra Araz çayının məhsulu adı ilə Bakıya göndərilir. “Sizin Market”də Raziyə məxsus olan mallar isə geri qaytarılmır.
Şəkildə: Seymur Talıbovun şilləvuranı Həsən Əhmədov
Qeyd edək ki, Seymurun sürücüsü olan Həsən Əhmədovun adı Ordubadın Biləv kəndində sahə inspektoru kimi keçir. Bu kənd yüksəklikdə yerləşdiyindən orda işləyənlərin hər biri maaşdan əlavə 25% kompensasiya alır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"