DÇ-2022: Fransa növbəti mərhələyə vəsiqə qazandı

img

26-11-2022 [21:59]


Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçı başa çatıb. 

Mia.az xəbər verir ki, oyun Fransanın qələbəsi ilə bitib - 2:1. 

Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib. 

86-cı dəqiqədə Mbappe yenidən hesabı artırıb.

Beləliklə, ikinci turdan sonra 6 xal yığan Fransa növbəti mərhələyə vəsiqə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR